Azərbaycan qadınları Ümumdünya Qadın Sammitində 100 il əvvəl Müsəlman Şərqində ilk dəfə qadınlara seçmək və seçilmək haqqı verən Azərbaycan Xalq Cümhuriyyətindən danışıblar

Azərbaycan qadınları Ümumdünya Qadın Sammitində 100 il əvvəl Müsəlman Şərqində ilk dəfə qadınlara seçmək və seçilmək haqqı verən Azərbaycan Xalq Cümhuriyyətindən danışıblar.

Millət vəkili, siyasi elmlər doktoru Q.Paşayeva və Azərbaycanın bir qrup fəal qadınları -İqtisad Universitetinin prorektoru Səadət Qəndilova, Bakı Dövlət Universitetinin müəllimi Həbibə Qələndərova, Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının idarə heyətinin sədri Səkinə Babayeva, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin rəhbəri Arzu Bağırova, İşgüzar qadınlar cəmiyyətinin sədri Sürəyya İsmayılova, fəal qadınlarımız Məlahət Qəhrəmanova, Yeganə Malkoç, Naibə Abdullayeva, Tünzalə Bakıxanova, Aynura Ağasiyeva, Sevda Nəcəfova, Sujayat Məmmədova , Həqiqət Abbasova, Janilya Qafarova, Pərvanə Mustafayeva, Yeganə Əliyeva, Royala Şirinova, Cəmilə İsmayılova, Zöhrə Məsiyeva, Ramilə Şirinova Ümumdünya Qadın Sammiti çərçivəsində 100 il əvvəl bütün müsəlman şərqində qurulan ilk parlamentli, demokratik cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyətindən danışıblar və sadəcə müsəlman şərqində deyil, əksər dünya ölkələrindən də əvvəl Azərbaycan qadınlarının əldə etdiyi seçmək və seçilmək haqqından danışıblar. Azərbaycan Xalq Cümhiriyyəti, onun qısa zamanda özəlliklə qadın haqları ilə bağlı atdığı addımlar dünyanın müxrtəlif bölgələrindən gəlmiş qadınlar tərəfindən böyük maraqla qarşılanıb və onlara Azərbaycan mədəniyyəti və tarixi ilə bağlı materiallar  Azərbaycan qadınları tərəfindən hədiyyə edilib. Azərbaycan heyəti eyni zamanda Azərbaycanın böyük maarifçi qadınları ilə də bağlı məlumatlar verməklə yanaşı bu gün ölkəmizdə qadınların bütün sahələrdə artan rolu barədə də müzakirələr zamanı geniş məlumatlar təqdim ediblər. Azərbaycanın qərblə şərq, qərblə müsəlman dünyası arasında önəmli bir körpü olduğunu və mədəniyyətlərarası dialoq sahəsində gördüyü böyük işlər, əldə edilən uğurlar və bu sahədə ölkəmizdə olan örnək vəziyyət barədə də geniş məlumatlar verən Azərbaycan qadın nümayəndə heyəti dünyanını müxtəlif bölgələrindən gəlmiş tanınmış qadınları ölkəmizə dəvət ediblər. Bir çox ölkələrdən olan fəal qadınlar qadınlarımızla görüşərək yaxın zamanlarda Azərbaycanı ziyarət etmək istədikləri və əməkdaşlığın genişlənməsində maraqlı olduqlarını deyiblər.

 

Advertisements

19.05.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma

%d bloqqer bunu bəyənir: