Azərbaycan qadınları Dünya Qadın Sammitində Qarabağdan və köçkün qadınlardan danışıblar

Azərbaycan qadınları Dünya Qadın Sammitində Qarabağdan və köçkün qadınlardan danışıblar.

Millət vəkili Q.Paşayeva və Azərbaycanın bir qrup fəal qadını   Ümumdünya Qadın Sammitinində müxtəlif panellərdə fəal iştirak edərək Azərbaycan qadınların cəmiyyətdə rolu ilə bağlı geniş danışıblar və fikir mübadilələrində aktiv iştirak ediblər. Azərbaycanda təhsildə, səhiyyədə, elmdə, iqtisadiyyatda, ictimai-siyasi həyatda, biznesdə, qeyri-hökumət sektorunda  qadınların rolunun getdikcə artdığının vurğulandırğı çıxışlarda qadınların dövlətin və cəmiyyətin idarə olunmasında, iqtisadiyyatda və biznesdə rolunun artırılmasının Azərbaycan dövlətinin siyasətində önəmli yer tutduğunu vurğulanıb və  gələcəkdə bu istiqamətdə daha böyük nailiyyətlər gözlənildiyi bildirilib. Panellərdə müzakirələr zamanı  millət vəkili Q.Paşayeva, İqtisad Universitetinin prorektoru Səadət Qəndilova, Bakı Dövlət Universitetinin müəllimi Həbibə Qələndərova, Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının idarə heyətinin sədri Səkinə Babayeva, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin rəhbəri Arzu Bağırova, İşgüzar qadınlar cəmiyyətinin sədri Sürəyya İsmayılova, fəal qadınlarımız Məlahət Qəhrəmanova, Yeganə Malkoç, Naibə Abdullayeva, Tünzalə Bakıxanova, Aynura Ağasiyeva, Sevda Nəcəfova, Sujayat Məmmədova , Həqiqət Abbasova, Janilya Qafarova, Pərvanə Mustafayeva, Yeganə Əliyeva, Royala Şirinova, Cəmilə İsmayılova, Zöhrə Məsiyeva, Ramilə Şirinova   sammit çərçivəsində ölkəmizlə bağlı geniş məlumatlar verməklə yanaşı bir çox ökələrdən gəlmiş nümayəndə heyətləri ilə görüşüblər. Onlar Ermənistanın işğalçılıq siyasəti barədə də danışaraq qaçqın və məcburi köçkünlərlə bağlı görülən işlər barədə də məlumatlar veriblər. Millət vəkili Q.Paşayeva və Azərbaycanın bir qrup fəal qadını sammit çərçivəsində Çin, Vyetnam, Monqolustan, Avstraliyanın nümayəndə heyətləri ilə də görüşüblər və onlara Azərbaycanla bağlı, ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu ilə bağlı danışıb, Qarabağ həqiqətləri ilə bağlı məlumatlar veriblər.  Müxtəlif ölkələrdən olan nümayəndə heyətlərinə Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətlərinə dair materialları təqdim ediblər.

 

Advertisements

16.05.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: