Millət vəkili Q.Paşayeva və “Aprel 2016” Şəhid ailələrinə dəstək İB Qobustan və Şamaxıda Aprel döyüşlərinin qəhrəman şəhidlərinin ailələrini ziyarət ediblər

Millət vəkili Q.Paşayeva və “Aprel 2016” Şəhid ailələrinə dəstək İB Qobustan və Şamaxıda Aprel döyüşlərinin qəhrəman şəhidlərinin ailələrini ziyarət ediblər

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri  Q.Paşayeva, “Aprel-2016: Şəhid ailələrinə dəstək” ictimai birliyinin həmtəsisçiləri Sevinc Alızadə və Aida Eyvazlı  Qobustan və Şamaxıda Aprel döyüşlərinin qəhrəman şəhidlərinin ailələrini ziyarət ediblər. Şamaxıda  qəhrəman şəhidlərimiz  Samir Kaçayevi, Nazim Zəkarayevin  və Elşən Səmədovun ailələrini, Qobustanda Bədəlli kəndində  qəhrəman şəhidimiz Orxan Müstəcəbovun ailəsini və şəhid atası Qobustan Əzizxanlını ziyarət zamanı millət vəkili Q.Paşayeva deyib ki, şəhidlərimiz kimi, onların ana-ataları da bizim üçün çox qiymətlidir. Millət vəkili Q.Paşayeva Aprel zəfərinin ölkəmiz üçün böyük önəmindən, düşmənə böyük zərbə olmasından danışaraq belə qəhrəman oğulları böyüdən sizin kimi ata-anaların qarşısında baş əyirik deyib. Ali Baş Komandanımız, cənab Prezidentin Aprel zəfəri ilə bağlı fikirlərinə xüsusi diqqət ayıran millət vəkili Q.Paşayeva böyüyən gənclərimizin qəhrəman şəhidlərimizi daha yaxından tanıması və örnək alması üçün işlərin daha da artacağına inandığını deyib. Bu istiqamətdə fəal işlər görmək üçün  yeni yaradılmış “Aprel 2016 Şəhid ailələrinə dəstək “İB   təşkilatının da şəhid ailələrimizlə bağlı məsələlərdə hər zaman fəal olacaqlarına inandığını da deyib. Millət vəkili Q.Paşayeva görüşlər zamanı bildirib ki, biz hamımız, o cümlədən şəhid ailələrimiz Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman sakitlik tapacağına əmindirlər. Q. Paşayeva “o gün uzaqda deyil, inşallah torpaqlarımızı işğaldan azad edəcəyik və şəhidlərimizin də ruhu şad olacaq,”- deyərək bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. “Aprel şəhidlərimizin ailələri ilə görüşündə ölkəmizin Birinci Vitse-prezidenti Mehriban Əliyevanın şəhid ailələrimizə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır çağırışı etmişdi”, – deyən millət vəkili Q.Paşayeva “hər zaman sizin yanınızdayıq, bütün Azərbaycan üçün siz çox dəyərlisiniz”, – deyib. “Aprel 2016 Şəhid ailələrinə dəstək “İB  həmtəsisçisi, qəhrəman şəhidimiz Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə, təşkilatın digər həmtəsisçisi, tanınmış jurnalist Aida Eyvazlı da yeni yaratdıqları təşkilatın da  qəhrəman şəhidlərimizin gənclər arasında daha çox təbliğ olunmasına diqqət edəcəyini və şəhid ailələrini hər zaman diqqətdə saxlayacağını bildiriblər. Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri  Q.Paşayeva, “Aprel-2016: Şəhid ailələrinə dəstək” ictimai birliyinin həmtəsisçiləri Sevinc Alızadə və Aida Eyvazlı Aprel şəhidlərimizin ailələri ilə geniş söhbətlər ediblər, qayğıları ilə maraqlanıblar və hər zaman  yanınızdayıq deyiblər. Onlar bildiriblər ki, şəhid ailələrimizə dəstək olmaq hər bir azərbaycanlının borcudur.

Advertisements

14.04.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma

%d bloqqer bunu bəyənir: