Millət vəkili Q.Paşayeva “Ovçu” romanının təqdimatında tariximizlə bağlı roman, film və teleserialların artmasının vacibliyindən danışıb və bir sıra qurumlara çağırış edib

Millət vəkili Q.Paşayeva “Ovçu” romanının təqdimatında tariximizlə bağlı roman, film və teleserialların artmasının vacibliyindən danışıb və bir sıra qurumlara çağırış edib

Atatürk Mərkəzində yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun “Ovçu” romanının təqdimatında çıxış edən millət vəkili Qənirə Paşayeva bildirib: “Mən hesab edirəm ki, bu gün baş verən hadisələrlə bağlı çoxlu sayda kitablara ehtiyac var. 40-50 il sonra böyük əsərlər yazıla bilər ki, onlar da bizim tariximiz üçün lazımdır. Ancaq bu gün yazılan əsərlər bizim bu günümüz üçün lazımdır. O günümüz üçün ki, insanlar bilsin ki, bizim qəhrəmanlarımız hansı ideyalar uğrunda şəhid olublar. Daha dəqiq, torpaqlarımızı işğaldan azad etmək uğrunda bu zirvəyə yüksəliblər. Bizim torpaqlarımızın hələ də yüzdə iyirmisi işğal altındadır. Ona görə də belə əsərləri daha çox yazmaq lazımdır. Onların ailəsindən başlamaqla həyat hekayələrini yazmaq tələb olunur. Çünki onlar o qəhrəmanlığı öz həyat yolları, amalları ilə zatən özləri yazıblar. Yunus bəyə bir daha təşəkkür edirəm ki, bu işi görüb. Bu gün gənclərimizə kimə oxşamağı, kimdən örnək götürməyin lazım olduğunu aşılamaq lazımdır. Biz Aprel zəfəri yazan qəhrəmanlarımızın necə şücaət göstərdiklərini bilirik. Murad Mirzəyevi, Samid İmanovu hamı tanıyır. Amma onların hansı həyat yolunu keçərək şəhidlik məqamına gəldiyini çox az insanlar bilir. Vətən sözdə, dildə yox, yaşam fəlsəfəsi ilə sevilir. Yazılan əsərlərdə övladların necə yetişdirilməsi kimi məsələlər əksini tapmalıdır. Vətənlə, millətlə bağlı məsələlərdə cəmiyyətə mesajlar verilməlidir. Hərbçilərin xanımlarının fədakarlıqları əksini tapmalıdır. Bu əsərdə deyilir ki, Murad Mirzəyev ömrünü fəda etdi, amma sağ olanda da ömrünün iyirmi dörd saatının əksəriyyətini bu Vətən üçün yaşayıb. Azərbaycan gənci bu kitabı oxuyanda düşünəcək ki, günün bir hissəsini sosial mediada oluramsa, onun yarım saatını sosial mediada Vətənin əsgəri olum. Ona əl uzadanlara qarşı mübarizə aparım. Bununla gənclər özünün məsuliyyətini dərk edəcək. Ona görə belə əsərlər çox yazılmalıdır”. Millət vəkili onu da qeyd edib ki, Təhsil Nazirliyinə müraciət edəcək ki, “Ovçu” romanı orta məktəblərdə təbliğ edilsin: “Biz tariximizlə bağlı kitabları uşaqların oxuması üçün əlimizdən gələni etməliyik, hətta məktəblər üzərinə vəzifələr də qoymalıyıq. Bu kitabın dili elə sadədir ki, 14 yaşından başlayaraq hər bir uşaq oxuyub dərk edə bilər. Universitet tələbələrinin daha rahat oxuya biləcəyi bir dildə yazılıb. Ən əsası isə lazımsız teleseriallar əvəzinə, belə kitablara filmlər çəkilməlidir. Mümkündür ki, heç olmasa on seriyadan ibarət bir film çəkilsin. İş adamlarını çağırıram ki, belə kitablarla bağlı filmlərə vəsait ayırsınlar. Bunu etmək bir o qədər də çətin deyil, ortada Türkiyə təcrübəsi var. Onlar bu addımı gənc nəslin ruhunu tutmaq üçün edirlər. Biz də gənclərimizə aşılaya bilərik ki, bu kitabda əksini tapmış qəhrəmanlardan biri də sənsən. Sən də qəhrəmanlıq göstərə bilərsən ruhunu gənclərə aşılamaqdan ötrü bu addımı atmaq lazımdır. Məlumdur ki, bu gün kitabların gücü filmin, görüntünün gücü qədər təsirli deyil. Bədii ekran insanlar üçün daha çox təsirli olur. Belə halda bu kitaba daha çox dəyər vermiş olarıq”. Onun sözlərinə görə, Aprel döyüşləri ilə Ermənistana və onun arxasında duran bütün güclərə mesaj verildi ki, Azərbaycan əvvəlki Azərbaycan deyil, güclü bir dövlətdir, güclü peşəkar ordusu var: “Azərbaycan torpağının hər qarışı üçün canını qurban verməyə hazır olan gənclərimiz var. Azərbaycan torpaqlarını heç kimə güzəşt etməyəcək. Bu, çox önəmli mesaj idi. Biz hamımız bir olmalıyıq ki, dövlətimiz daha da güclənsin. Dövlətimizin güclü olması bizi Xankəndinə, Şuşaya daha da yaxınlaşdırır”.

Advertisements

07.04.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: