Millət vəkili Q.Paşayeva “ADA” Universitetində qəhrəman şəhidimiz polkovnik-leytenant  R.Orucovla bağlı anım tədbirində gəncləri Azərbaycan həqiqətlərinin yayılmasında fəal olmağa çağırıb

Millət vəkili Q.Paşayeva “ADA” Universitetində qəhrəman şəhidimiz polkovnik-leytenant  R.Orucovla bağlı anım tədbirində gəncləri Azərbaycan həqiqətlərinin yayılmasında fəal olmağa çağırıb

“ADA” Universitetinin Tələbə Şurası və “Aprel şəhidləri 2016: şəhid ailələrinə dəstək” İctimai Birliyinin birgə təşkil etdiyi anım tədbirində  çıxışı zamanı  millət vəkili Q.Paşayeva Aprel zəfərini xalqımıza yaşadan qəhrəman şəhidlərimizin qarşısında baş əyirəm deyərək  Aprel zəfərinin ölkəmiz üçün böyük önəmindən, düşmənə böyük zərbə olmasından ətraflı danışıb və belə qəhrəman oğulları böyüdən ata-anaların qarşısında baş əyirik deyib.  Qəhrəman komandir, polkovnik-leytenant  Rafuq Orucovu yaxından tanıdığını deyən millət vəkili Q.Paşayeva onun haqqında geniş çıxış edib, qəhrəmanlıq yolundan danışıb və gəncləri Raguf Orucov kimi qəhrəmanlardan örnək götürməyə çağırıb. “ADA” Universitetinə qəhrəman şəhidlərimizlə bağlı  keçirdikləri tədbirlər üçün təşəkkürünü bildirən millət vəkili Q.Paşayeva ali təhsil ocaqlarında və orta məktəblərdə bu cür tədbirlərin böyük önəmini xüsusi vurğulayıb. Ali Baş Komandanımız, cənab Prezidentin Aprel zəfəri ilə bağlı fikirlərinə xüsusi diqqət ayıran millət vəkili Q.Paşayeva böyüyən gənclərimizin bu qəhrəmanlarımızı tanıması üçün hər birimiz fəal olmalıyıq deyib. Millət vəkili Q.Paşayeva çıxışında bildirib ki, biz hamımız, o cümlədən şəhid ailələrimiz Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman sakitlik tapacağına əmindirlər. Q. Paşayeva “o gün uzaqda deyil, inşallah torpaqlarımızı işğaldan azad edəcəyik və şəhidlərimizin də ruhu şad olacaq,”- deyərək bütün şəhidlərimizə Allahdan rəhmət diləyib və növbəti bayramlarımızı Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda, Şuşada, Xankəndində və digər gözəl guşələrimizdə qeyd edək deyib. Aprel şəhidlərimizin ailələri ilə görüşündə ölkəmizin birinci Vitse-prezidenti Mehriban Əliyevanın şəhid ailələrimizə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır çağırışı etmişdi deyən millət vəkili Q.Paşayeva hər zaman sizin yanınızdayıq, bütün Azərbaycan üçün siz çox dəyərlisiniz deyib. . Biz hamımız dünyanın harasında yaşamamızdan asılı olmayaraq ölkəmizin könüllü əsgəriyik və olmalıyıq deyən Q.Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Azərbaycanın yanında olmalı, həqiqətlərin dünyaya daha geniş çatdırılması üçün çalışmalıdır .
Millət vəkili Q.Paşayeva gəncləri həqiqətlərin dünyaya daha geniş yayılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə də çağırıb. Ogənclərimizi sosial şəbəkələrdə keçirdikləri zamanı  əylənməyə deyil, oxumağa, öyrənməyə, Azərbaycanın təbliğinə, Qarabağ həqiqətlərinin daha çox yayılmasında iştirak etməyə və ölkəmizə qarşı yalan, böhtan kompaniyalarına qarşı mübarizəyə sərf etməyə çağırıb. Qənirə Paşayeva qəhrəman şəhidlərimizin qarşısında baş əyirəm deyərək gəncləri onlardan Vətən sevgisi örnəyini almağa çağırıb. Millət vəkili Q.Paşayeva bizim üçün müstəqil Azərbaycandan dəyərli heç bir şey ola bilməz deyərək ölkəmizin daha da inkişafı istiqamətində gənclərin üzərinə düşən vəzifələr barədə də geniş fikirlərini söyləyib. Dövlətin, millətin inkişafının gənclərlə bağlı olduğunu söyləyən deputat qeyd edib ki, Azərbaycanın güclənməsi xalqımızın güclənməsi deməkdir. Millət vəkili tələbələrə dil bilgilərindən yararlanaraq Azərbaycanın haqq səsini sosial media vasitəsi ilə dünyaya  daha fəal çatdırmağı tövsiyə edib. Q.Paşayeva “ADA” Universitetinin ölkəmizin ən yaxşı təhsil ocaqlarının önündə gəldiyinin qeyd edib, gənclərin fəallığının əhəmiyyətini vurğulayıb, dövlətçiliyimizin möhkəmlənməsi və inkişafında gəncliyin rolundan geniş bəhs edib. Q.Paşayeva tələbələri universitetdə keyfiyyətli təhsil üçün yaradılmış mühitdən lazımınca istifadə etməyə və xalqımız, dövlətimiz naminə gələcəkdə səmərəli fəaliyyət göstərmək üçün hazırlaşmağa səsləyib. Tədbirin sonunda Q.Paşayeva tələbələrin maraqlandıran sualları da cavablandırıb və tədbirdə iştirak edən müəllimlərlə də görüş və fikir mübadiləsi aparıb. Tədbirdə millət vəkili Adil Əliyev də geniş çıxış edərək gənclərə çağırışlaqr səsləndirib. “ADA” Universitetində keçirilən tədbirdə aparat rəhbəri Şəfəq Mehrəliyeva, Tələbə Şurasının sədri Qoşqar Qədimbəyli, qəhrəmanın oğlu Aqşin Orucov Aprel döyüşlərinin əhəmiyyətindən və həmin döyüşlər zamanı xüsusi rəşadət göstərmiş R.Orucovun igidliyindən bəhs ediblər. Tədbirdə Ağdam rayon icra hakimiyyətinin rəsmiləri, ziyalılar, ictimaiyyət nümayəndələri, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova,  Sağlamlığın Qorunması İB-nin sədri Yazgül Abdiyeva, qeyri-hökumət təşkilatları və KİV nümayəndələri  də iştirak ediblər.

Advertisements

07.04.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: