Millət vəkili Q.Paşayeva Aprel Zəfəri şəhidlərimizin anım tədbirində çıxış edib, cəmiyyətə torpaqlarımızın işğaldan azad edilməsi üçün Ali Baş Komandanımızın ətrafında daha sıx birləşməliyik çağırışı edib

Millət vəkili Q.Paşayeva Aprel Zəfəri şəhidlərimizin anım tədbirində çıxış edib, cəmiyyətə torpaqlarımızın işğaldan azad edilməsi üçün Ali Baş Komandanımızın ətrafında daha sıx birləşməliyik çağırışı edib

Beynəlxalq Muğam Mərkəzində aprel döyüşlərinin ikinci ildönümünə həsr olunan “Aprel-2016: Şəhid ailələrinə dəstək” ictimai birliyinin və “ASAN” Xidmətin təşkilati dəstəyi ilə təşkil olunan “Təki Vətən  yaşasın” adlı tədbir keçirilib. Təqdimatda aprel şəhidlərinin valideyn və doğmaları, yaxınları, həmin günlərin ab-havasını yaşayan qazilər, eləcə də media və QHT nümayəndələri iştirak ediblər.Tədbirdə həmçinin, jurnalist Aida Eyvazlı Göytürkün “Qalibiyyət: Şahidlər və Şəhidlər” kitabının təqdimat mərasimi olub.  Kitab 2016-cı il aprel şəhidlərinin xatirəsinə ithaf olunub. Tədbirdə çıxışı zamanı hər bir qəhrəman şəhidimiz haqqında danışan millət vəkili Q.Paşayeva Aprel zəfərinin ölkəmiz üçün böyük önəmindən, düşmənə böyük zərbə olmasından ətraflı danışıb və belə qəhrəman oğulları böyüdən ata-anaların qarşısında baş əyirik deyib. Ali Baş Komandanımız, cənab Prezidentin Aprel zəfəri ilə bağlı fikirlərinə xüsusi diqqət ayıran millət vəkili Q.Paşayeva böyüyən gənclərimizin bu qəhrəmanlarımızı tanıması üçün hər birimiz fəal olmalıyıq deyib. Bu istiqamətdə fəal işlər görmək üçün  yeni yaradılmış “Aprel 2016: Şəhid ailələrinə dəstək “İB   təşkilatının həmtəsisçisilərini təbrik edən və uğurlar diləyən millət vəkili Q.Paşayeva onların gənclərimiz arasında vətənpərvərlik ruhunun gücləndirilməsində, şəhid ailələrimizlə bağlı məsələlərdə hər zaman fəal olacaqlarına inandığını deyib. Millət vəkili Q.Paşayeva çıxışında bildirib ki, biz hamımız, o cümlədən şəhid ailələrimiz Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman sakitlik tapacağına əmindirlər. Q. Paşayeva “o gün uzaqda deyil, inşallah torpaqlarımızı işğaldan azad edəcəyik və şəhidlərimizin də ruhu şad olacaq,”- deyərək bütün şəhidlərimizə Allahdan rəhmət diləyib və növbəti bayramlarımızı Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda, Şuşada, Xankəndində və digər gözəl guşələrimizdə qeyd edək deyib. Aprel şəhidlərimizin ailələri ilə görüşündə ölkəmizin birinci Vitse-prezidenti Mehriban Əliyevanın şəhid ailələrimizə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır çağırışı etmişdi deyən millət vəkili Q.Paşayeva hər zaman sizin yanınızdayıq, bütün Azərbaycan üçün siz çox dəyərlisiniz deyib.Tədbir çərçivəsində millət vəkili Q.Paşayeva aprel şəhidlərinin ailələri ilə görüşüb, hər zaman yanınızdayıq deyib.

Advertisements

03.04.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma

%d bloqqer bunu bəyənir: