Millət vəkili Q.Paşayeva Bakı Slavyan Universitetində 31 Mart soyqırımı ilə bağlı çıxış edib və gəncləri ölkəmiz əleyhinə yalanlara qarşı mübarizədə fəal olmağa çağırıb

Millət vəkili Q.Paşayeva Bakı Slavyan Universitetində 31 Mart soyqırımı ilə bağlı çıxış edib və gəncləri ölkəmiz əleyhinə yalanlara qarşı mübarizədə fəal olmağa çağırıb

Millət vəkili Qənirə Paşayeva Bakı Slavyan Universitetində 31 mart – Azərbaycanlılara qarşı soyqırımın 100-cü ildönümü ilə bağlı tədbirdə və tanınmış araşdırmaçı,alim Şəlalə Həsənovanın “İrsimizə atəş açmayın”sənədli filminin təqdimatında çıxış edib və gənclərə çağırış edib. Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımının 100-cü ildönümündə Bakı Slavyan Universitetində tədbirdə geniş məruzə ilə çıxış edən millət vəkili, siyasi elmlər doktoru Q.Paşayeva Azərbaycan həqiqətlərinin dünyaya daha geniş yayılmasında gənclərin rolunu və fəallığını daha da artırmaq məqsədilə Bakı Slavyan Universitetinin həyata keçirdiyi bu cür tədbir və müzakirələrin çox önəmli olduğunu bildirib, universitetin rəhbərliyinə və tədbirin təşkil olunmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirib. 31 Mart faciəsi, ermənilərin həyata keçirdiyi bu dəhşətli soyqırım cinayəti ilə bağlı gənclərə geniş məlumatlar verən millət vəkili Q.Paşayeva bu tarixi faktların dünyaya daha geniş yayılmasında, erməni yalanlarına qarşı mübarizədə gəncləri fəal olmağa çağırıb. “Biz hamımız dünyanın harasında yaşamamızdan asılı olmayaraq ölkəmizin könüllü əsgəriyik və olmalıyıq”, – deyən Q.Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Azərbaycanın yanında olmalı, həqiqətlərin dünyaya daha geniş çatdırılması üçün çalışmalıdır.
Millət vəkili Q.Paşayeva gəncləri həqiqətlərin dünyaya daha geniş yayılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə də çağırıb. O, gənclərimizi sosial şəbəkələrdə keçirdikləri zamanı əylənməyə deyil, oxumağa, öyrənməyə, Azərbaycanın təbliğinə, Qarabağ həqiqətlərinin daha çox yayılmasında iştirak etməyə və ölkəmizə qarşı yalan, böhtan kompaniyalarına qarşı mübarizəyə sərf etməyə çağırıb. Millət vəkili gəncləri Azərbaycan tarixini yaxşı öyrənməyə çağırıb. Millət vəkili bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir insan öz ölkəsinin və millətinin tarixini də dərindən bilməlidir. Gəncləri tariximizi dərindən öyrənməyə çağıran millət vəkili Qənirə Paşayeva onlara 31 Mart soyqırımı ilə bağlı, kökləri elə o zamanlara dayanan Dağlıq Qarabağ problemi, Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi soyqırımlar, vandalizm aktları, beynəlxalq təşkilatların ikili standartları ilə bağlı da geniş məlumatlar verib və bildirib ki, hər bir Azərbaycan gənci bunları əzbər bilməlidir, dünyada daha geniş yayılmasına, Azərbaycan əlehinə yalanlara qarşı ciddi mübarizə aparmalıdır. Qənirə Paşayeva qəhrəman şəhidlərimizin qarşısında baş əyirəm deyərək gəncləri onlardan Vətən sevgisi örnəyini almağa çağırıb. Millət vəkili Q.Paşayeva bizim üçün müstəqil Azərbaycandan dəyərli heç bir şey ola bilməz deyərək ölkəmizin daha da inkişafı istiqamətində gənclərin üzərinə düşən vəzifələr barədə də geniş fikirlərini söyləyib. Dövlətin, millətin inkişafının gənclərlə bağlı olduğunu söyləyən deputat qeyd edib ki, Azərbaycanın güclənməsi xalqımızın güclənməsi deməkdir. Millət vəkili tələbələrə dil bilgilərindən yararlanaraq Azərbaycanın haqq səsini sosial media vasitəsi ilə dünyaya daha fəal çatdırmağı tövsiyə edib. Q.Paşayeva Bakı Slavyan Universitetinin böyük ənənələri olan təhsil ocağı olduğunu qeyd edib, gənclərin fəallığının əhəmiyyətini vurğulayıb, dövlətçiliyimizin möhkəmlənməsi və inkişafında gəncliyin rolundan geniş bəhs edib. Q.Paşayeva tələbələri universitetdə keyfiyyətli təhsil və xarici dilləri öyrənmək üçün yaradılmış mühitdən lazımınca istifadə etməyə və xalqımız, dövlətimiz naminə gələcəkdə səmərəli fəaliyyət göstərmək üçün hazırlaşmağa səsləyib. Millət vəkili Q.Paşayeva tədbir çərçivəsində təqdim olunan tanınmış araşdırmaçı,alim Şəlalə Həsənovanın “İrsimizə atəş açmayın”sənədli filminin Azərbaycan həqiqətlərinin təbliğində əhəmiyyətini qeyd edib, bu film üçün təşəkkürünü bildirib və bu cür filmlərin artmasının vacibliyini vurğulayıb. Tədbirin sonunda Q.Paşayeva tələbələri maraqlandıran sualları da cavablandırıb və tədbirdə iştirak edən müəllimlərlə də görüş və fikir mübadiləsi aparıb.

Advertisements

31.03.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: