Sivas Cümhuriyyət Universiteti rəsmiləri millət vəkili Q.Paşayevanın bu ali təhsil ocağında Azərbaycan, Qarabağ həqiqətləri ilə bağlı konfransların keçirilməsi təklifini dəstəkləyib

Sivas Cümhuriyyət Universiteti rəsmiləri millət vəkili Q.Paşayevanın bu ali təhsil ocağında Azərbaycan, Qarabağ həqiqətləri ilə bağlı konfransların keçirilməsi təklifini dəstəkləyib.

Millət vəkili Q. Paşayevanın Sivas Cümhuriyyət Universitetinin rəsmiləri ilə görüş zamanı Azərbaycan, Azərbaycan-Türkiyə münasibətləri, Qarabağ həqiqətləri ilə bağlı universitetdə tədbirlərin daha da artmasının vacibliyi və universitetdə təhsil alan  tələbələrlə bağlı müzakirələr olub. Görüşdə iki qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcə genişlənməsindən məmnunluq ifadə olunub. Millət vəkili,Dr.Qənirə Paşayeva Azərbaycan universitetlərinin Türkiyənin ali təhsil müəssisələri ilə əməkdaşlığın getdikcə daha da genişlənməsinin vacibliyini qeyd edib. Millət vəkili,Dr.Qənirə Paşayeva universitet rəsmilərinə və alimlərə Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı ilə bağlı geniş məlumatlar verib, bu istiqamətdə fikir mübadiləsi aparılıb və bu mövzularla bağlı millət vəkili Universitet gəncləri ilə geniş müzakirələr aparıb və rektorla görüşündə gənclərlə bu mövzular ətrafında daha çox görüşlərə, konfranslara ehtiyac olduğunu deyib. Qənirə Paşayeva Sivas Cümhuriyyət Universitetinin rəsmilərinə Azərbaycan mədəniyyəti, tarixinə dair materiallar, kitablar, filmlər, həmçinin özünün həmmüəllifi olduğu kitablar hədiyyə edib. Millət vəkili Q.Paşayeva həmçinin Sivasda yaşayan və təhsil alan bir sıra azərbaycanlılarla da görüşüb, fikir mübadiləsi olub. Millət vəkili Azərbaycanın bu vilayətdə təbliği və Qarabağ həqiqətlərinin burada daha geniş yayılmasında onların üzərinə böyük vəzifələr düşdüyünü xüsusi vurğulayıb. Millət vəkili Q.Paşayeva həmçinin Sivas aydınları, QHT və KİV rəhbərləri, qadın və gənclər təşkilatları ilə də görüşüb və Qarabağ həqiqətlərinin daha geniş yayılması ətrafında müzakirələr olub.

 

Advertisements

30.03.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma

%d bloqqer bunu bəyənir: