Millət vəkili Q.Paşayeva Afrinlə bağlı tədbirdə çıxış edərək Türk dünyasına birlik çağırışı edib və terror təşkilatlarına, Ermənistan  kimi işğalçılara qarşı daha güclü mübarizə aparmaq üçün lazım olan güc birlikdən keçir deyib

Millət vəkili Q.Paşayeva Afrinlə bağlı tədbirdə çıxış edərək Türk dünyasına birlik çağırışı edib və terror təşkilatlarına, Ermənistan  kimi işğalçılara qarşı daha güclü mübarizə aparmaq üçün lazım olan güc birlikdən keçir deyib  

Okuklu Holdinqin təşkilatçılığı ilə keçirilən Afrin Zəfəri Festivalında çıxış edən millət vəkili Q.Paşayeva Türkiyədə terrorla mübarizədə şəhid olmuş insanlarımıza Allahdan rəhmət, yaxınlarına səbr diləyir, terroru və arxasında duranları lənətləyirik deyib. Azərbaycanın erməni terrorundan çox əziyyət çəkdiyini xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva terrorla mübarizədə Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu deyib və qardaş Türkiyədə terrorla mübarizədə qazandığı uğurlara harada doğulub harada yaşamasından asılı olmayaraq hər bir Türk milləti övladının sevindiyini deyib və Azərbaycanımızda ön cəbhəmizi qoruyan əsgərlərimizin, qardaş Türkiyənin terrorla mübarizəsini aparan Mehmetciklerimizin her zaman yanındayıq deyib. Azərbaycan və Türkiyə millət vəkillərinin, ziyalıların, QHT və KİV-lərin iştirakı ilə Bakıda keçirilən bu tədbirin dosta da düşmana da mesaj olduğunu vurğulayan millət vəkili Q.Paşayeva ümummilli liderimiz Heydər Əliyevin söylədiyi kimi biz bir millətin iki dövlətiyik deyib “Biz birlikdə Azərbaycan və Türkiyəyə qarşı terror hadisələri, cinayətlər, işğallar həyata keçirənlərə qarşı mübarizəmizi daha da gücləndirməliyik, gücləndiririk və inşallah onların ədalət qarşısında cavab vermələrinə də nail olacağıq. Cənab prezident İlham Əliyev əsl qardaşlığın necə olduğunu hər kəsə göstərdi və dosta da, düşmənə də çox önəmli mesaj oldu. Dədələrimiz birlik və bərabərlik içində bizə zəfərin yolunu göstərdi və yenə də birlik, bərabərliyimizi daha da gücləndirib zəfər qazanacağıq. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. İnşallah yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil. Allah insanımıza hər zaman hər yerdə yardımçı olsun”.

Advertisements

30.03.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma

%d bloqqer bunu bəyənir: