Millət vəkili Q.Paşayevanın Sivasda Qarabağ parkı və abdidəsi təklifini bələdiyyə başqanı dəstəkləyib və yaxın aylarda birlikdə açılışında iştirak edəcəyik deyib

Millət vəkili Q.Paşayevanın Sivasda Qarabağ parkı və abdidəsi təklifini bələdiyyə başqanı dəstəkləyib və yaxın aylarda birlikdə açılışında iştirak edəcəyik deyib.

31 Mart soyqırımı, Qarabağ problemi ilə bağlı konfrans vermək üçün Sivasda səfərdə olan millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Sivas bələdiyyə başqanı Sami Aydın ilə görüşüb. Millət vəkili Q.Paşayevanın Sivasda Azərbaycan küçəsi və Qarabağ parkı və abidəsi açılması təklifini bələdiyyə başqanı dəstəkləyib, millət vəkilinə Sivasda yeni salınan böyük parkları göstərib və yeni açılacaq ən gözəl parka Qarabağ parkı  adı verilməsi və may ayında açılması qərarlaşdırılıb. May ayında açılacaq Qarabağ parkı, abidəsi və Azərbaycan küçəsinin dosta da, düşmənə də önəmli məsaj olacağını deyən millət vəkili Q.Paşayeva Sivas bələdiyyə başqanı ilə görüşdə qardaş Türkiyədə terrorla mübarizədə şəhid olmuş insanlara Allahdan rəhmət, yaxınlarına səbr diləyir, terroru və arxasında duranları lənətləyirik deyib. Azərbaycanın erməni terrorundan çox əziyyət çəkdiyini xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva terrorla mübarizədə Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu deyib. Azərbaycanın sevinci sevincimiz, üzüntünüz üzüntümüzdür deyən bələdiyyə başqanı azərbaycanlı şəhidlərimizə Allahdan rəhmət diləyirik və Azərbaycan torpaqlarının işğaldan azad edilməsində hər zaman qardaş Azərbaycanın yanındayıq deyib. Azərbaycanı çox sevdiyini deyən Sivas bələdiyyə başqanı ilə Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində, özəlliklə gənc nəsillərimizə ortaq tarix, mədəniyyətimizin öyrədilməsinin vacibliyi ilə bağlı da geniş müzakirələr aparılıb. Sivas bələdiyyə başqanı Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq bələdiyyəyə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib. İki qardaş ölkə Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan bölgələri ilə Sivas arasında da bu əlaqələrin getdikcə daha genişlənməsinin vacibliyini qeyd edib. Bələdiyyə başqanı millət vəkilinin qardaş bələdiyyələr təklifini də dəstəkləyib və bu istiqamətdə yaxın zamanlarda addımlar atılacaq deyib. Millət vəkili Q.Paşayevanın Sivasda Azərbaycan Cumhuriyyətinin 100-cü ildönümü  ilə bağlı tədbirlərini keçirilməsi təklifini də bələdiyyə başqanı dəstəkləyib Millət vəkili Qənirə Paşayeva görüş zamanı Sivasda təhsil alan azərbaycanlı tələbələr barədə də bələdiyyə başqanına məlumat verərək onların ortaya çıxan qayğı və problemlərinin həlli istiqamətində dəstək göstərilməsini xahiş edib. Q.Paşayeva bələdiyyə başqanını Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini deyən bələdiyyə başqanı Sami Aydın Azərbaycana mütləq səfər edəcəyini bildirib. Millət vəkili Q.Paşayeva Sivas bələdiyyə başqanına Azərbaycanla bağlı materiallar, özünün həmmüəllifi olduğu “Karabağ hikayeleri” kitabını və müəllifi olduğunu kitablarını hədiyyə edib.

Advertisements

29.03.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma

%d bloqqer bunu bəyənir: