Türk dünyasının dünyada tanınmış fəal qadınlarından olan Madalet Başustaya Avrasiya Universitetinin Fəxri Doktoru adı verildi

Türk dünyasının dünyada tanınmış fəal qadınlarından olan Madalet Başustaya Avrasiya Universitetinin Fəxri Doktoru adı verildi.

Universitet rəhbərliyinin, alim və tələbələrin iştirak etdiyi tədbirdə ilk öncə universitetin rəhbərliyi çıxış edərək Madalet Başustanın Türk qadınlarının dünyada geniş tanıdılmasında rolu, Azərbaycan-Türkiyə qardaşlığının güclənməsi üçün fəaliyyəti barədə geniş danışıb və universitetin qərarı ilə ona Fəxri Doktorluq verildiyini bildirib. Bununla bağlı sənəd, diplom və medal Madalet Başustaya təqdim edilib. Millət vəkili, siyasi elmlər doktoru Q.Paşayeva çıxış edərək ümummilli liderimiz H. Əliyevin dediyi kimi Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir və mən Madalet xanım başda olmaqla gələn qonaqlara Vətəninizə xoş gəldiniz demək istəyirəm deyib. Q.Paşayeva Madalet Başustanın gördüyü böyük işlərdən danışıb və Avrasiya Universitetinə bu addımı üçün təşəkkürünü bildirib. Avrasiya Beynəlxalq Mətbuat Fondunun sədri Umud Rəhimoğlu da yaxından tanıdığı Madalet Başustanın həyat yolundan danışıb, gənc qızları ondan öyrənməyə çağırıb və Avrasiya Universitetinə təşəkkürünü bildirib. Madalet Başustanın həyat yoldaşı, uzun illər TRT-nin fəal əməkdaşlarından olmuş, dəyərli ziyalı Hüseyn Başusta çıxış edərək Azərbaycanda onlara göstərilən böyük diqqət və məhəbbət üçün təşəkkürünü bildirib və Madalet Başustanın həyat yolundan geniş danışıb. Bir Millət, iki Dövlət anlayışı hər zaman bizim üçün çox anlamlıdır və belə də olacaq deyən Madalet Başusta Avrasiya Universitetinə xüsusi təşəkkürünü bildirib və Fəxri Doktorluq adına qardaş Azərbaycanda layiq görülməyin mənim üçün bir başqa anlamı var deyib. Tədbir çərçivəsində Avrasiya Universitetinin rektoru Nazim Hüseynli ilə qonaqlar arasında geniş görüş və müzakirələr də aparılıb.

Advertisements

27.03.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: