Millət vəkili Q.Paşayeva Nigeriyanın tanınmış televiziya jurnalistlərinə Azərbaycandan danışıb.

Millət vəkili Q.Paşayeva Nigeriyanın tanınmış televiziya jurnalistlərinə Azərbaycandan danışıb.

Nigeriyada fəaliyyət göstərən və aktiv şəkildə ölkəmizi təbliğ edən Azərbaycanın Dostları Cəmiyyətinin sədri Billurə Bayramova Bernardın təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan Nigeriyanın tanınmış jurnalistləri, televiziya programları aparıcıları millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İb-nin sədri Qənirə Paşayeva ilə görüşüblər. Nigeriyanın fəal qadınları ilə sıx əməkdaşlıq mühitində çalışırıq deyən millət vəkili Q.Paşayeva Afrikanın böyük əhaliyə malik ölkələri sırasında ön yerlərdə gələn Nigeriya ilə əməkdaşlığa Azrbaycanın önəm verdiyini deyib. Nigeriyada Azərbaycanın daha geniş tanıdılması çox önəmlidir deyən millət vəkili Q.Paşayeva bu istiqamətdə Azərbaycanın Dostları Cəmiyyətinin fəaliyyətini yüksək qiymətləndirib. Nigeriyalı jurnalistlərin Azərbaycan, mədəniyyətimiz, Qarabağ həqiqətləri barədə danışan millət vəkili Q.Paşayevaya ölkəmiz haqqında verlişlər hazırlayan Nigeriyalı jurnalistləri ölkəmizi, ənənələrimizi, mədəniyyətimizi, mətbəximizi çox bəyəndiklərini, aşiq oluqlarını deyiblər. Azərbaycanla bağlı geniş söhbətlərin aparıldığı görüşdən sonra qonaqlar Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırovanın evində Novruz bayramı ənənələri ilə daha yaxından tanış olublar, çəkilişlər aparıblar. Azərbaycanın bayram və mətbəx ənənələri ilə bağlı Milli Kulinariya Mərkəzinin rəhbəri, Azərbaycan mətbəxinin dünyada təbliğində böyük işlər görən, 31 kitab hazırlayan Tahir Əmiraslanov və Arzu Bağırova qonaqlara geniş məlumatlar veriblər. Hər bir azərbaycanlı yaşadığı ölkədə millətini, mədəniyyətini, adət-ənənələrini geniş təbliğ etməlidir deyən millət vəkili Q.Paşayeva Nigeriyada fəaliyyət göstərən Azərbaycan Dostları Cəmiyyətinin sədri Billurə Bayramova Bernarda geniş fəaliyyətindən dolayı təşəkkür edib və bu istiqamətdə fəaliyyətinizdə hər zaman yanınızdayıq deyib. Azərbaycan Xalq Cumhuriyyətinin 100-cü ildönümü ilə bağlı təşkilatın Nigeriyada keçirməyə hazırlaşdığı böyük tədbir və konsert proqramı ətrafında da geniş müzakirələr aparılıb və millət vəkili bu cür layihələrin böyük əhəmiyyətini xüsusi vurğulayıb. Görüşün sonunda qonaqlara Azərbaycan mədəniyyətinə dair hədiyyələr təqdim olunub. 

Advertisements

27.03.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma

%d bloqqer bunu bəyənir: