Millət vəkili Q.Paşayeva Astaranın Əzərüd kəndində qəhrəman şəhidimiz Pəncəli Teymurovun anım günündə gənclərə çağrış edib

Millət vəkili Q.Paşayeva Astaranın Əzərüd kəndində qəhrəman şəhidimiz Pəncəli Teymurovun anım günündə gənclərə çağrış edib.

Astaranın Əzərüd kəndində Aprel zəfəri qəhrəmanlarından Pəncəli Teymurovun doğum günündə onunla bağlı kənd orta məktəbində təşkil edilmiş anım tədbirində çıxış edən millət vəkili Q.Paşayeva tədbirin hazırlanmasında əməyi keçənlərə təşəkkürünü bildirib və bu cür tədbrlərin vacibliyini xüsusi vurğulayıb: “Pəncəli Teymurov  kimi qəhrəmanlarımız  həmişə qəlbimizdə yaşayacaq. Xalqımız, vətənpərvər ruhda böyüyən gənc nəsil Pəncəli Teymurovun xidmətlərini heç zaman unutmayacaq”. Q. Paşayeva vurğulamışdır ki, Pəncəli Teymurovun ömür yolu bugünkü gənclərə əsl örnəkdir. Nə qədər ki, Azərbaycan xalqı var,  belə oğulların əziz xatirəsi heç vaxt unudulmayacaqdır. Torpaqlarımızın 20 faizi hələ də düşmən işğalı altındadır və gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi üçün özünü vətən üçün fəda edən Pəncəli Teymurov kimi qəhrəmanların həyat yolundan gənclərimiz örnək almalıdır. Şəhidimizlə bərabər onun ailəsi qarşısında da baş əyirk deyən millət vəkili Q.Paşayeva dövlətimiz və xalqımız hər zaman yanınızdadır deyib. Millət vəkili Q.Paşayeva bilirib kiAzərbaycan xalqı inanır ki, Ali Baş Komandanmızın rəhbərliyi altında, Pəncəli Teymurov kimi qəhrəmanlarımızın sayəsində bütün xalqımız birlik içində işğaılçı Ermənistanın işğalı altında olan torpaqlarımızı azad edəcəyik və üçrəngli bayrağımız həmin torpaqlarımızda da dalğalanacaq”. Millət vəkili Q. Paşayeva bütün azərbaycanlıları Ali Baş Komandanımızın ətrafında daha da sıx birləşməyə çağırıb. Millət vəkili Rəşad Mahmudov da geniş çıxış edərək qəhrəman şəhidimizin ömür yolunun gənclərə örnək olmasına xüsusi toxunub və gənclərimizi dövlətimizin və millətimizin daha da inkişafı üçün yaxşı oxumağa və vətənpərvər olmağa çağırıb “Hər bir insana şəhidlik zirvəsinə ucalmaq nəsib olmur. Pəncəli Teymurov aprel döyüşlərində canından keçərək, Vətən yolunda şəhid oldu. O, adını tarixə qızıl hərflərlə yazdı. Torpaqlarımız uğrunda canından keçən şəhidlərimizlə fəxr edirik. Pəncəli qardaşımızı tərbiyə edən valideynlərinin qarşısında baş əyirəm”. Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova, jurnalist-araşdırmaçı, “2016 Aprel” Şəhid Ailələrinə Dəstək İB-nin həmtəsisçisi Aida Eyvazlı, Astara rayon təhsil şöbəsinin müdiri, Əzərüd kən dorta məktəbinin direktoru və müəllimlər, kəndin bələdiyyə sədri və ağsaqalları, Pəncəli Teymurovun həbçi dostları da geniş çıxış edərək qəhrəman şəhidimizlə bağlı xatirələrini paylaşıblar.  Qəhrəman şəhidimizin anası da ailə adından çıxış edərək tədbir iştirakçılarına minnətdarlığını bildirib və Pəncəli Teymurovun vətən sevgisi ilə bağlı heç kəsin bilmədiyi xatirələri danışıb. Tədbirdə qəhrəman şəhidimizin təhsil aldığı məktəbin gəncləri Pəncəli Teymurovla bağlı yazılmış şeirləri səsləndiriblər, Vətən və şəhidlik mövzusunda çıxışlar ediblər. Məktəbin gənclərinin hərbi geyimlərdə böyük vətənpərvərlik ruhunda hazırladığı bütün çıxışlar yüksək qiymətləndirilib. Tədbir çərçivəsində qəhrəman şəhidimiz Pəncəli Teymurovun kənd qəbirstanlığında məzarı da ziyarət olunub və ruhuna dualar oxunub. Millət vəkilləri Q.Paşayeva, R.Mahmudov və Pəncəli Teymurovun hərbçi dostları çıxış edərək gənc nəsilləri onun vətən sevigsindən örnək götürməyə çağırıblar.  Millət vəkilləri və digər tədbir iştirakçıları həmçinin Pəncəli Teymurovun ailəsini də ziyarət ediblər və evin həyətində qəhrəman şəhidimizin yeni tikilıən ev muzeyində görülən işlərlə tanış olublar və ailəsi ilə geniş fikir mübadiləsi aparılıb.

Advertisements

27.03.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma

%d bloqqer bunu bəyənir: