Millət vəkili Q.Paşayeva və “Aprel 2016” təşkilatı Novruz bayramını Aprel Zəfəri şəhidlərimizin ailəsi ilə qarşılayıb

Millət vəkili Q.Paşayeva və “Aprel 2016” təşkilatı Novruz bayramını Aprel Zəfəri şəhidlərimizin ailəsi ilə qarşılayıb.

Qədim İçərişəhərdə keçirilən bayram tədbirində millət vəkili, Avrasiya Beynəlxalq Araqşdırmalar İnstitutu İB-nin sədri  Q.Paşayeva şəhid ailələrimizi bayram münasibətilə təbrik edib. O, şəhidlərimiz kimi, onların anaları, xanımları, övladları da bizim üçün çox qiymətlidir və onlar bütün  məclislərdə bu gün burada olduğu kimi xüsusi diqqətimizdə olmalıdır deyib və şəhidlərimizin və onların ailələrinin qəhrəmanlığından geniş danışıb. Hər bir qəhrəman şəhidimiz haqqında danışan millət vəkili Q.Paşayeva Aprel zəfərinin ölkəmiz üçün böyük önəmindən, düşmənə böyük zərbə olmasından ətraflı danışıb və belə qəhrəman oğulları böyüdən ata-anaların qarşısında baş əyirik deyib. Ali Baş Komandanımız, cənab Prezidentin Aprel zəfəri ilə bağlı fikirlərinə xüsusi diqqət ayıran millət vəkili Q.Paşayeva böyüyən gənclərimizin bu qəhrəmanlarımızı tanıması üçün hər birimiz fəal olmalıyıq deyib. Bu istiqamətdə fəal işlər görmək üçün  yeni yaradılmış “Aprel 2016 Şəhid ailələrinə dəstək “İB   təşkilatının həmtəsisçisilərini təbrik edən və uğurlar diləyən millət vəkili Q.Paşayeva onların gənclərimiz arasında vətənpərvərlik ruhunun gücləndirilməsində, şəhid ailələrimizlə bağlı məsələlərdə hər zaman fəal olacaqlarına inandığını deyib. Millət vəkili Q.Paşayeva çıxışında bildirib ki, biz hamımız, o cümlədən şəhid ailələrimiz Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman sakitlik tapacağına əmindirlər. Q. Paşayeva “o gün uzaqda deyil, inşallah torpaqlarımızı işğaldan azad edəcəyik və şəhidlərimizin də ruhu şad olacaq,”- deyərək bütün şəhidlərimizə Allahdan rəhmət diləyib və növbəti bayramlarımızı Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda, Şuşada, Xankəndində və digər gözəl guşələrimizdə qeyd edək deyib. Aprel şəhidlərimizin ailələri ilə görüşündə ölkəmizin birinci Vitse-prezidenti Mehriban Əliyevanın şəhid ailələrimizə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır çağırışı etmişdi deyən millət vəkili Q.Paşayeva hər zaman sizin yanınızdayıq, bütün Azərbaycan üçün siz çox dəyərlisiniz deyib. “Aprel 2016 Şəhid ailələrinə dəstək “İB  həmtəsisçisi, qəhrəman şəhidimiz Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə, təşkilatın digər həmtəsisçisi, tanınmış jurnalist Aida Eyvazlı çıxış edərək cənab Prezidentin və 1-ci vitse-prezidenti Mehriban xanın Əliyevanın şəhid ailələrinə diqqət və qayğısını xüsusi vurğulayıblar və  yeni yaradılan təşkilatın da  şəhid ailələrini hər zaman diqqətdə saxlayacağını bildiriblər. Tədbirdə   MÜSİAD təşkilatının rəsmiləri,  “AZMAN”şirkətinin və “Art Garden”-nin təmsilçiləri də çıxış edib, şəhid ailələrini təbrik edib və hər zaman yanınızdayıq deyiblər. Aprel şəhidlərimizin ailələri ilə geniş söhbətlər, fikir mübadiləsi olub, millət vəkili Q.Paşayeva  hər bir şəhid ailəsini ayrılıqda da dinləyib və tədbirin sonunda  hər kəs birlikdə gələn Novruz bayramını birlikdə Xankəndində, Şuşada, Xocalıda qeyd edək deyiblər. Tədbir Azərbaycanın Əməkdar Artisti Nuriyyə Hüseynovanın ifasında “Qarabağ şikəstəsi” ilə başa çatıb.  

 

 

 

Advertisements

19.03.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: