Millət vəkili Q.Paşayevanın Ərzurumda Qarabağ parkı və abdidəsi təklifini bələdiyyə başqanı dəstəkləyib

Millət vəkili Q.Paşayevanın Ərzurumda Qarabağ parkı və abdidəsi təklifini bələdiyyə başqanı dəstəkləyib.

 Ərzurumun düşmən işğalından qurtuluşunun və Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü münasibətilə Ərzurumda Azərbaycan Bulvarı, Heydər Əliyev parkında “100. İl Qəhrəmanlar abidəsi”nin açılışı üçün Ərzurumda səfərdə olan millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Ərzurum Böyükşəhər bələdiyyə başqanı Mehmet Sekmen ilə görüşüb. Millət vəkili Q.Paşayevanın Ərzurumda Qarabağ parkı və abidəsi açılması təklifini bələdiyyə başqanı dəstəkləyib və yaxın zamanlarda reallaşacaq deyib. Bələdiyyə başqanı millət vəkilinin qardaş bələdiyyələr təklifini də dəstəkləyib və bu istiqamətdə yaxın zamanlarda addımlar atılacaq deyib. Millət vəkili Q.Paşayeva Ərzurum bələdiyyə başqanı ilə görüşdə qardaş Türkiyədə terrorla mübarizədə şəhid olmuş insanlara Allahdan rəhmət, yaxınlarına səbr diləyir, terroru və arxasında duranları lənətləyirik deyib. Azərbaycanın erməni terrorundan çox əziyyət çəkdiyini xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva terrorla mübarizədə Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu deyib. Azərbaycanın sevinci sevincimiz, üzüntünüz üzüntümüzdür deyən bələdiyyə başqanı azərbaycanlı şəhidlərimizə Allahdan rəhmət diləyirik və Azərbaycan torpaqlarının işğaldan azad edilməsində hər zaman qardaş Azərbaycanın yanındayıq deyib. Azərbaycanı çox sevdiyini deyən Ərzurum bələdiyyə başqanı Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində, özəlliklə gənc nəsillərimizə ortaq tarix, mədəniyyətimizin öyrədilməsinin vacibliyi ilə bağlı da geniş müzakirələr olub. Ərzurum bələdiyyə başqanı Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq bələdiyyəyə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib. İki qardaş ölkə Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan bölgələri ilə Ərzurum arasında da bu əlaqələrin getdikcə daha genişlənməsinin vacibliyini qeyd edib. Millət vəkili Qənirə Paşayeva görüş zamanı Ərzurumda təhsil alan azərbaycanlı tələbələr barədə də bələdiyyə başqanına məlumat verərək onların ortaya çıxan qayğı və problemlərinin həlli istiqamətində dəstək göstərilməsini xahiş edib. Q.Paşayeva bələdiyyə başqanını Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini deyən bələdiyyə başqanı Mehmet Sekmen Azərbaycana mütləq səfər edəcəyini bildirib. Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva həmçinin Ərzurumun millət vəkilləri  İbrahim Aydemir və Mustafa İlicalı  ilə də görüşüb və geniş müzakirələr olub. Söhbət zamanı Ermənistanın işğalçılıq siyasəti barədə geniş məlumatlar verilib. “Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib torpaqlarımızı Ermənistanın işğalından azad edəcək və bu cür görüşləri o gözəl torpaqımızda da keçirəcəyik” –, deyə millət vəkili bildirib. Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Ərzurum valisi Seyfettin Azizoğlu ilə görüşüb. Görüş zamanı millət vəkili Q.Paşayeva Ərzurum valisi Seyfettin Azizoğluna qardaş Türkiyədə terrorla mübarizədə şəhid olmuş insanlara Allahdan rəhmət, yaxınlarına səbr diləyir, terroru və arxasında duranları lənətləyirik deyib. Azərbaycanın erməni terrorundan çox əziyyət çəkdiyini xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva terrorla mübarizədə Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu deyib. Azərbaycanın sevinci sevincimiz, üzüntünüz üzüntümüzdür deyən vali Seyfettin Azizoğlu azərbaycanlı şəhidlərimizə Allahdan rəhmət diləyirik və Azərbaycan torpaqlarının işğaldan azad edilməsində hər zaman qardaş Azərbaycanın yanındayıq deyib. Millət vəkili Qənirə Paşayeva vali ilə söhbət zamanı Ermənistanın işğalçılıq siyasəti barədə geniş məlumatlar verib. “Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib torpaqlarımızı Ermənistanın işğalından azad edəcək və bu cür görüşləri o gözəl torpaqımızda da keçirəcəyik” –, deyə o bildirib. İki qardaş ölkə Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Ərzurum arasında da bu əlaqələrin getdikcə daha genişlənməsinin vacibliyini qeyd edib. Millət vəkili Qənirə Paşayeva görüş zamanı Ərzurumda təhsil alan azərbaycanlı tələbələr barədə də valiyə məlumat verərək onların ortaya çıxan qayğı və problemlərinin həlli istiqamətində dəstək göstərilməsini xahiş edib və valinin bundan sonra da hər zaman dəstək olacağına inandığını deyib. Millət vəkili Q.Paşayeva həmçinin Ərzurum aydınları, QHT və KİV rəhbərləri, qadın və gənclər təşkilatları, burada yaşayan və təhsil alan azərbaycanlılarla da görüşüb və Qarabağ həqiqətlərinin daha geniş yayılması ətrafında müzakirələr olub. Millət vəkili KİV-lərə geniş müsahibələr verib, onların Azərbaycanla bağlı suallarını da cavablandırıb.

Advertisements

15.03.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma

%d bloqqer bunu bəyənir: