Millət vəkili Q.Paşayeva Ərzurumda Azərbaycan Xalq Cumhuriyyətinin 100- ildönümü ilə bağlı gecədə Türk gəncliyinə çağırış edib

Millət vəkili Q.Paşayeva Ərzurumda Azərbaycan Xalq Cumhuriyyətinin 100- ildönümü ilə bağlı gecədə Türk gəncliyinə çağırış edib.

Ərzurumun düşmən işğalından qurtuluşunun və Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü münasibətilə Ərzurumda keçirilən gecədə  Ərzurum Böyükşəhər Bələdiyyəsi, Azərbaycanın Türkiyədəki səfirliyi, Eko Avrasya Dərnəyi  və  Türkiyə Dil və Ədəbiyyat Dərnəyi Ərzurum şöbəsinin ortaq həyata keçirdiyi layihə və tədbirdə Ak Parti Ərzurum millət vəkili  İbrahim Aydemir, Azərbaycan millət vəkili Qənirə Paşayeva, Ərzurum bələdiyyəsi və valiliyinin rəsmi şəxsləri, AK Parti İl başqanı Mehmet Emin Öz, TDED Ərzurum şöbə başqanı Murat Ertaş, Eko Avrasya Dərnəyi başqanı Hikmet Eren, Azərbaycanın Türkiyədəki səfirliyinin rəsmiləri, Azərbaycanın Qarsdakı Baş Konsulu Nuru Quliyev, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin  sədri Arzu Bağırova, ziyalılar, QHT rəhbərləri və çox sayda vətəndaş iştirak edirdi. Bütün Müsəlman dünyasında ilk Cümhuriyyətin Azərbaycanda qurulmasından, müsəlman şərqində ilk dövlət olmasından  olmasından danışan millət vəkili, siyasi elmlər doktoru Q.Paşayeva bu bizim qürur tariximizdir deyib və cümhuriyyət qurucuları, onların fədakarlıqlarından geniş danışıb və harada doğulub harada yaşamasından asılı olmayaraq Türk gənclərini onları daha geniş öyrənməyə çağırıb. Erməni çətələrinin 100 il əvvəl Ərzurumda və Azərbaycan torpqlarında törətdiyi dəhşətli cinayətlərdən, 20-ci əsrin sonlarında Ermənistann işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi soyqırımlar, vandalism aktlarından  xüsusi danışan millət vəkili Q.Paşayeva gəncləri bunları unutmamağa çağırıb Erməni çətələrinin 100 il əvvəl arxasındakı bəzi güclərin dəsətəyi ilə Ərzurumda törətdiyi soyqırımlar, qətliamlar barədə danışan millət vəkili Q.Paşayeva amma dədə-nənələrimiz böyük bir qəhrəmanlıq mübarizəsi apararaq onlara gərəkən cavabı verdi və Ərzurumunb düşmən işğalından qurtuluşunun 100-cü ildönümündə biz onları rəhmət və sevgi ilə anırıq deyib. Erməni çətələrinin 20-ci əsrin əvvələrində Azərbaycanın müxtəlif bölgələrində törətdiyi soyqırımlar, 20-ci əsrin sonunda işğalçı Ermənistanlın arxasında duran güclərdən cəsarət alaraq Azərbaycana qarşıə törətdiyi vandalizm aktları ilə bağlı geniş danışan millət vəkili Q.Paşayeva harada doğulub harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı bunları bilməli, unutmamalı, dünyaya daha geniş duyurmalıdır deyib. “Biz birlikdə Azərbaycan və Türkiyəyə qarşı terror hadisələri, cinayətlər, işğallar həyata keçirənlərə qarşı mübarizəmizi daha da gücləndirməliyik, gücləndiririk və inşallah onların ədalət qarşısında cavab vermələrinə də nail olacağıq. Dədələrimiz birlik və bərabərlik içində bizə zəfərin yolunu göstərdi və yenə də birlik, bərabərliyimizi daha da gücləndirib zəfər qazanacağıq”. O, bildirib ki, bu gün Türkiyədə bu cür tədbirlərimizin keçirilməsi çox önəmlidir.“ İnşallah yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil. Allah insanımıza hər zaman hər yerdə yardımçı olsun”. Tədbirdə Azərbaycanın Əməkdar Artisti Lalə Məmmədova geniş konsert proqramı ilə çıxış edib və vətənpərvərlik mahnılarını səsləndirib.  Gecə hər kəsin birlikdə oxuduğu “Qarabağ” və “Çırpınırdı Qara dəniz baxıb Türkün bayrağına” əsərləri ilə alqışlarla bitib.

Advertisements

15.03.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma

%d bloqqer bunu bəyənir: