Sakaryanın rəsmi şəxsləri ilə Qarabağ həqiqətlərinin bu vilayətdə daha geniş təbliği müzakirə edilib

Millət vəkili Q.Paşayevanın Erenlerdə Azərbaycan Cümhuriyyəti küçəsi və parkının açılması təklifini bələdiyyə başqanı dəstəkləyib

Sakarya valisi, bələdiyyə başqanı, millət vəkilləri, Erenler bələdiyyə başqanı ilə Qarabağ həqiqətlərinin bu vilayətdə daha geniş təbliği müzakirə olunub. Xocalı parkı və abidəsinin açılışı və “Tək Millət tək gözyaşı Gecəsi”ndə iştirak etmək üçün Sakaryada səfərdə olan millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva, millət vəkili Sona Əliyeva, İLESAM başqanı Mehmet Nuri Parmaksız, İLESAM Azərbaycan təmsilçisi Xəyal Rza Sakarya valisi, bələdiyyə başqanı, millət vəkilləri və Erenler bələdiyyə başqanı ilə  görüşüblər. Onlar Erenlerin mərkəzində Xocalı parkı və abidəsinin açılmasını həyata keçirən Erenler bələdiyyə başqanına təşəkkürlərini bildiriblər və bu addımın bütün Türk dünyası bölgələri üçün gözəl bir örnək olduğunu deyiblər. Azərbaycanı çox sevdiyini deyən Erenler bələdiyyə başqanı Cavit Öztürklə Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində, özəlliklə gənc nəsillərimizə ortaq tarix, mədəniyyətimizin öyrədilməsinin vacibliyi ilə bağlı da geniş müzakirələr olub. Azərbaycanın şəhidi bizim də şəhidimizdir deyən bələdiyyə başqanı Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu deyərək bildirib ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək haqlı davasında hər zaman yanında olacağıq. Q.Paşayeva görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, qədim Erenlerin  də Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istəyirik deyib. Erenler bələdiyyə başqanı Cavit Öztürk Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq bələdiyyəyə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib. O, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını bildirib. Q.Paşayeva bələdiyyə başqanını Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini deyən Erenler bələdiyyə başqanı Cavit Öztürk Azərbaycana mütləq səfər edəcəyini bildirib. Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva, millət vəkili Sona Əliyeva, İLESAM başqanı Mehmet Nuri Parmaksız, İLESAM Azərbaycan təmsilçisi Xəyal Rza həmçinin Sakarya millət vəkilləri və valisi ilə də görüşüblər və müzakirələr olub. Millət vəkili Q.Paşayeva Sakarya valisi İrfan Balkanlıoğlu ilə görüşdə qardaş Türkiyədə terrorla mübarizədə şəhid olmuş insanlara Allahdan rəhmət, yaxınlarına səbr diləyir, terroru və arxasında duranları lənətləyirik deyiblər. Azərbaycanın erməni terrorundan çox əziyyət çəkdiyini xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva terrorla mübarizədə Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu deyib. Azərbaycanın sevinci sevincimiz, üzüntünüz üzüntümüzdür deyən vali azərbaycanlı şəhidlərimizə Allahdan rəhmət diləyirik və Azərbaycan torpaqlarının işğaldan azad edilməsində hər zaman qardaş Azərbaycanın yanındayıq deyib. Vali ilə söhbət zamanı Ermənistanın işğalçılıq siyasəti barədə geniş məlumatlar verilib. “Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib torpaqlarımızı Ermənistanın işğalından azad edəcək və bu cür görüşləri o gözəl torpaqımızda da keçirəcəyik” –,  deyə o bildirib. İki qardaş ölkə Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Sakarya arasında da bu əlaqələrin getdikcə daha genişlənməsinin vacibliyini qeyd edib. Millət vəkili Qənirə Paşayeva görüş zamanı Sakaryada təhsil alan azərbaycanlı tələbələr barədə də valiyə məlumat verərək onların ortaya çıxan qayğı və problemlərinin həlli istiqamətində dəstək göstərilməsini xahiş edib. 

 

Advertisements

02.03.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: