Millət vəkili Q.Paşayevanın  Kastamonun mərkəzində Azərbaycan küçəsi, Qarabağ parkı və Xocalı soyqırımı abidəsi  təklifini bələdiyyə başqanı dəstəkləyib

Millət vəkili Q.Paşayevanın  Kastamonun mərkəzində Azərbaycan küçəsi, Qarabağ parkı və Xocalı soyqırımı abidəsi  təklifini bələdiyyə başqanı dəstəkləyib.

Millət vəkili Q. Paşayeva Kastamonu valisi ilə Qarabağ həqiqətlərinin bu vilayətdə daha geniş təbliğindən danışıb.

 Kastamonuda konfrans vermək üçün bu bölgəyə səfər edən millət vəkili Q.Paşayeva Kastamonu bələdiyyə başqanı  Tahsin Babaş ilə görüşüb. Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Dr.Nəcibə Nəsibovanın, Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun direktoru professor İlham Məmmədzadə, siyasət şöbəsinin rəhbəri,professor Rəna Mirzəzədənin də iştirak etdiyi görüş zamanı Qənirə Paşayeva bələdiyyə başçısı ilə Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı fikir mübadiləsi aparıb və yaxın zamanlarda Kastamonunun mərkəzi küçələrindən birinə Azərbaycan, mərkəzi parklardan birinə isə Qarabağ adının veriləcəyinə, oradaXocalı soyqırımı  abidəsinin ucaldılacağına inandığını deyib və bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb. Kastamonuda Azərbaycan küçəsi, Qarabağ parkının və Xocalı soyqırımı abidəsinin dosta da, düşmənə də önəmli bir mesaj olacağını deyən millət vəkili Q.Paşayeva gənc nəsillərimiz üçün də bu addımın vacibliyini xüsusi vurğulayıb. Azərbaycanı çox sevdiyini deyən Kastamonu bələdiyyə başqanı  Tahsin Babaş Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib. O, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını, hər zaman qardaş Azərbaycanın yanında olduğunu və millət vəkili Qənirə Paşayevanın qədim Kastamonuda Azərbaycan küçəsi və Qarabağ parkı və Xocalı soyqırımı abidəsi ilə bağlı təkliflərini müsbət qiymətləndirdiklərini bildirərək bu təkliflərə qısa zamanda mütləq baxılacağını və həllini tapacağını deyib. Azərbaycana böyük sevgiləri və bu önəmli addım üçün bələdiyyə başqanına təşəkkür edən millət vəkili Q.Paşayeva ölkəmizin tarixi, mədəniyyəti, Qarabağ, Xocalı soyqırımı həqiqətləri ilə bağlı geniş məlumatlar verib, geniş müzakirələr olub. Millət vəkili Q.Paşayeva  “Azərbaycan torpaqlarının 20%-i Ermənistan tərəfindən işğal olunub. Ermənistanın Azərbaycanı işğalı zamanı 1 milyondan çox soydaşımız yurd-yuvasından didərgin düşüb. Və onlar hələ də öz torpaqlarının həsrəti ilə yaşayır. Xocalıda dəhşətli soyqırım həyata keçiriblər. Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib o gözəl torpaqları Ermənistanın işğalından azad edəcək və bu cür görüşləri o gözəl torpaqımızda da keçirəcəyik”- deyib. Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Dr.Nəcibə Nəsibova Kastamonuda təhsil alan azərbaycanlı tələbələrlə bağlı geniş məlumatlar verib və bu günə qədər olduğu kimi bundan sonra da tələbələrin ortaya çıxan probleminin həlli istiqamətində bələdiyyə başçısının daha da fəal dəstək olacağına inandığını deyib və Kastamonu ilə əməkdaşlığın genişlənməsi istiqamətində layihələr barədə fikirlərini bölüşüb.  Azərbaycanı çox sevdiyini deyən  Kastamonu bələdiyyə başqanı  Tahsin Babaş ilə  Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində, özəlliklə gənc nəsillərimizə ortaq tarix, mədəniyyətimizin öyrədilməsinin vacibliyi ilə bağlı da geniş müzakirələr olub. Millət vəkili Q.Paşayeva son zamanlar qardaş Türkiyədə terrorla mübarizədə həyatını itirən qardaş-bacılarımıza Allahdan rəhmət, ailələrinə səbr diləyirik və hər zaman terrorla mübarizədə qardaş Azərbaycan yanınızdadır deyiblər. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə son səfəri, verdiyi məsajlara xüsusi toxunan millət vəkili Q.Paşayeva cənab Prezident əsl qardaşlığın necə olduğunu hər kəsə göstərdi və bu səfər dosta da, düşmənə də çox önəmli məsaj oldu deyib.  Bütün Müsəlman Şərqində ilk cumhiriyyətin Azərbaycanda qurulduğunu və bu il onun 100 illiyi olduğunu deyən millət vəkili Q.Paşayeva bununla bağlı qədim  Kastamonuda da böyük tədbirlərin keçirilməsi təklifi ilə çıxış edib. Kastamonu bələdiyyə başqanı  Tahsin Babaş millət vəkili Q.Paşayevanın bu istiqamətdə təkliflərini yüksək səviyyədə dəstəkləyib və onların mart ayından başlayaraq həyata keçirilnməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb.   Kastamonu bələdiyyə başqanı  Tahsin Babaş Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı materiallar və özünün həmmüəllifi olduğu “Karabağ hikayeleri”, “Turan yolçusu” və “Aşk yolçusu” kitablarını hədiyyə edən millət vəkili Q.Paşayeva onu Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini deyən bələdiyyə başqanı dəvəti böyük məmnuniyyətlə qəbul etdiyini deyərək qısa zamanda Azərbaycana səfər edəcəyini bildirib. O, millət vəkili Q.Paşayevanın Kastamonuda Qarabağ, Xocalı soyqırımı ilə bağlı  konfrans verməsinin gənclər üçün çox önəmli olduğunu xüsusi vurğulayaraq millət vəkilini yaxın zamanlarda təkrar Kastamonuya dəvət edib.

Qarabağ problemi, Xocalı soyqırımı ilə bağlı konfranslar vermək üçün Kastamonuda olan millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Kastamonu valisi Yaşar Karadeniz ilə görüşüb. Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Dr.Nəcibə Nəsibova, Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun direktoru professor İlham Məmmədzadə, siyasət şöbəsinin rəhbəri,professor Rəna Mirzəzədənin də iştirak etdiyi görüş zamanı millət vəkili Q.Paşayeva Kastamonu valisi Yaşar Karadenizə  qardaş Türkiyədə terrorla mübarizədə şəhid olmuş insanlara Allahdan rəhmət, yaxınlarına səbr diləyir, terroru və arxasında duranları lənətləyirik deyib. Azərbaycanın erməni terrorundan çox əziyyət çəkdiyini xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva terrorla mübarizədə Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu deyib. Azərbaycanın sevinci sevincimiz, üzüntünüz üzüntümüzdür deyən vali Yaşar Karadeniz azərbaycanlı şəhidlərimizə Allahdan rəhmət diləyirik və Azərbaycan torpaqlarının işğaldan azad edilməsində hər zaman qardaş Azərbaycanın yanındayıq deyib. Millət vəkili Qənirə Paşayeva vali ilə söhbət zamanı Ermənistanın işğalçılıq siyasəti barədə geniş məlumatlar verib. “Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib torpaqlarımızı Ermənistanın işğalından azad edəcək və bu cür görüşləri o gözəl torpaqımızda da keçirəcəyik” –,  deyə o bildirib. İki qardaş ölkə Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Kastamonu arasında da bu əlaqələrin getdikcə daha genişlənməsinin vacibliyini qeyd edib. Millət vəkili valiyə “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabının da müəllifi olduğunu və kitabında qədim Kastamonun da yer aldığını  bildirib. “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabının gənclərdə sahib çıxmaq duyğusunu formalaşdırmaq niyyəti daşıdığını söyləyən millət vəkili “Gənclər bizim olanı tanımalı, ona sahiblənməyi bacarmalıdırlar. Bu sahiblənmə “mənim”, “sənin” yox, “bizim” şəklində olmalıdır”. Millət vəkili Qənirə Paşayeva görüş zamanı Kastamonuda təhsil alan azərbaycanlı tələbələr barədə də valiyə məlumat verərək onların ortaya çıxan qayğı və problemlərinin həlli istiqamətində dəstək göstərilməsini xahiş edib. Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Dr.Nəcibə Nəsibova da tələbələrlə bağlı məsələlərdə valinin bundan sonra da hər zaman dəstək olacağına inandığını deyib.

 

Advertisements

26.02.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: