Millət vəkili Q.Paşayeva Edirne Türk və Ülkü Ocaqları, gənclər,qadın təşkilatları ilə Xocalıdan danışıb

Millət vəkili Q.Paşayeva Edirne Türk və Ülkü Ocaqları, gənclər,qadın təşkilatları ilə Xocalıdan danışıb.

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Edirne Türk Ocaqları, Edirne Ülkü Ocaqları rəhbərliyi və üzvləri, qadın və gənclər təşkilatlarının rəhbərləri, bu vilayətdə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb, fikir mübadiləsi aparıb. Edirne  Türk Ocakları və Ülkü Ocaqları rəhbərliyi və üzvləri, gənclər və qadın təşkilatları rəhbərləri görüş zamanı Azərbaycanla əməkdaşlığı daha da genişləndirmək niyyətində olduqlarını söyləyiblər. Qarabağ münaqişəsi, Xocalı Soyqırımı barədə də danışan millət vəkili Qənirə Paşayeva bu məsələnin harada doğulub harada yaşamasından asılı olmayaraq hər bir türk insanının problemi və məsələsi olduğunu və Qarabağ probleminin həlli, Xocalı Soyqırımı həqiqtlərinin daha geniş yayılmasında türk gəncliyinin fəallığını daha da artırmasının vacibliyini, bu istiqamətdə də ortaq layihələrin artmasının əhəmiyyətini də vurğyulayıb. Azərbaycanı özümüzə vətən, Qarabağ problemini də öz ağrımız sayırıq deyən Edirne  Türk Ocakları və Ülkü Ocaqları rəhbərliyi və üzvləri, gənclər və qadın təşkilatları rəhbərləri bu istiqamətdə görülən işlərə toxunmaqla bərabər fəaliyyətini daha da aktivləşəcəyini deyib. Görüşlərin sonunda millət vəkili Qənirə Paşayeva Edirne  Türk Ocakları və Ülkü Ocaqları rəhbərliyi və üzvləri, gənclər və qadın təşkilatları rəhbərlərini Azərbaycana dəvət edib və Azərbaycan həqiqətləri və mədəniyyəti ilə bağlı materialları onlara hədiyyə edib. Millət vəkili Edirne  Türk Ocakları və Ülkü Ocaqları rəhbərliyi və üzvləri, gənclər və qadın təşkilatları rəhbərlərinə həmmüəllifi olduğu “Karabağ hikayeleri” kitabını hediyye edib və gənclərimizə ortaq tariximizi daha dərindən öyrədilməsinin vacibliyi və bu istiqamətdə onların rolunun vacibliyini xüsusi vurğulayıb. Q.Paşayeva KİV, QHT, gənclər və qadın təşkilatlarını həqiqətlərin dünyaya daha geniş yayılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə də çağırıb. Bu gün bəzi güclərin,onların KİV-lərinin,erməni diaspor, lobbisi və dəstəkçilərinin bu məsələdə Azərbaycan və Türkiyə əleyhinə təbliğat aparmağa başladığını deyən millət vəkili bütün gəncləri, diaspor təşkilatlarını, KİV-ləri həssas və duyarlı olmağa, yalanlara qarşı mübarizəyə səsləyib, gəncləri isə sosial media üzərindən yalan məlumatlarla Azərbaycan və Türkiyə əleyhinə təbliğat aparmağa başlayanlara qarşı ciddi mübarizəyə səsləyib.

 

Advertisements

23.02.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma

%d bloqqer bunu bəyənir: