Aydın vilayətində Qarabağ problem, Xocalı soyqırımı ilə bağlı konfrans keçirilib

Aydın vilayətində Qarabağ problem, Xocalı soyqırımı ilə bağlı konfrans keçirilib.

Yüzlərlə insanın, millət vəkilləri, rəsmi şəxslər, QHT və KİV rəhbərlərinin iştirak etdiyi konfransda millət vəkili Q.Paşayeva Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı geniş məruzə ilə çıxış edib. Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən Prezident yanında QHT-na Dəstək Şurasının dəstəyi ilə “Qarabağdan Aydına könül körpüsü” layihəsi çərçivəsində bələdiyyənin təşkilatçılığı ilə keçirilən konfrans Azərbaycan və Türkiyənin dövlət himinin səslənməsiylə başlayan açılış mərasimində şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Çıxışında hər zaman qardaş Azərbaycanın yanındayıq deyən Nazilli bələdiyyəsinin rəhbəri Haluk Alıcık Xocalı soyqırımını unutmayacaıq və bu cinayəti törədənlərin ədalət qarşısında cavab verməsi üçün qardaş Azərbaycanla birlikdə daha fəal çalışacağıq deyib. Azərbaycan Milli Elmlər Akademiyasınını Fəlsəfə İnstitutunun rəhbəri, professor İlham Məmmədzadə, siyasət şöbəsinin rəhbəri,professor Rəna Mirzəzədə, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin rəhbəri Arzu Bağırova çıxış edərək Qarabağ həqiqətləri, Xocalı soyqırımı ilə, Xocalıya Ədalət kampaniyası ilə bağlı geniş məlumatlar veriblər və həqiqətlərin dünyaya daha geniş yayılmasında birliyin önəmini xüsusi vurğulayıblar. Türk dünyasının problemlərinin həlli üçün birliyin, bərabərliyin artmasının önəminin vurğuladığı konfransda geniş məruzəsində millət vəkili Q.Paşayeva Xocalı Soyqırımı barədə məlumatlar verdikdən sonra bu soyqırım zamanı valideynlərini itirən uşaqlar, onların yaşadığı acılardan danışıb və etnik kimliyindən, dinindən və inancından asılı olmayaraq insanlığın yanında olanlar və bu insanlıq əleyhinə cinayəti işləyənlərin ədalət qarşısında cavab verməsini istəyənlər Xocalıya ədalət deyənlərin yanında olmalıdır deyib. Qarabağ problemi və Xocalı soyqırımı məsələlərində beynəlxalq təşkilatların ikili standartlardan yanaşmalarını xüsusi vurğulayaraq kəskin qınayıb: “Bu gün beynəlxalq təşkilatlar BMT başda olmaqla bir neçə böyük dövlətin maraqlarının müdafiəsindən başqa heç bir işlə məşğul olmur. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı qətnamələr var amma onların həyata keçirilməsi üçün Ermənistana heç bir təzyiq göstərmir. İnsan haqlarından danışan beynəlxalq təşkilatlar Ermənistanın işğalçılığı üzündən öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün haqlarının müdafiəsi istiqamətində heç bir addım atmır”. Q.Paşayeva bildirib ki, biz Qərbin ikili standartlarını Xocalı Soyqırmına yanaşmada daha aydın gördük: “100 il əvvəl tarixdə olmayan soyqırım barədə qərar qəbul edənlərin əksəriyyəti modern dünyanın gözləri qarşısında Ermənistanın Xocalıda törətdiyi dəhşətli soyqırımı görmək istəmədi. Eyni vəziyyət Türkiyəyə, Türk dünyasına qarşı yanaşmada da özünü göstəririr”. Millət vəkili Q.Paşayeva bildirib ki, beynəlxalq hüququn tamamilə zəiflədiyi, beynəlxalq təşkilatların bir neçə böyük ölkənin maraqlarını müdafiə edən təşkilatlara çevrildiyi bir dünyada haqlarını qoruya bilmənin tək yolu gücdür:”Bu güc isə birlikdən keçir. Ona görə də Azərbaycan-Türkiyə olaraq birliyimizi daha da gücləndirməliyik, gənc nəsillərimizi bir-birimizə daha çox sahib ola bilmə ruhunda yetiştirməliyk və birlikdə haqsızlıqlara qarşı mübarizəmizi gücləndirməliyik”. Azərbaycanla Türkiyə arasında əlaqələrin getdikcə daha da inkişaf etdiyini deyən millət vəkili Q.Paşayeva bölgədə son günlər daha da gərginləşən vəziyyət barədə geniş çıxış edib, qardaşlıq yaxşı gündə də çətin gündə də birlikdə olmaqdır ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq deyib. Bu məsələdə gənclərimizin üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva onları daha fəal olmağa çağırıb. Türk gəncliyinin üzərinə bu məsələdə böyük vəzifə düşdüyünü qeyd edən millət vəkili Qənirə Paşayeva bütün türk gəncliyini tariximizə sahib çıxmağa, sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan, Qarabağ, Xocalı soyqırımı həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə sosial mediada səylərin artırılmasının, işinin sürətləndirilməsinin vacibliyini qeyd edib. Gəncləri sosial mediyada daha da aktiv olmağa dünyanın müxtəlif ölkələrində yaşayan dostlarına tarixi gerçəkləri çatdrmaqda fəallığını artırmağa, sosial medianın verdiyi imkanlardan yüksək səviyyədə yararlanmağı məsləhət görən millət vəkili Qənirə Paşayeva çıxışını “inşallah gələn görüşümüzü birlikdə işğaldan azad edəcəyimiz Qarabağda və digər o gözəl bölgələrimizdə keçirək. İnanırıq ki, o gün uzaqda deyil”- deyərək bitirib. Konfransın sonunda Azərbaycanın Əməkdar Artisti Nuriyyə Hüseynova çıxış edib, “Qarabağ şikəstəsi”, “Ayağa qalx ey Türk oğlu” və “Çırpınırdı Qara dəniz baxıb Türkün bayrağına” əsərlərini səsləndirib. Konfransın sonunda Nazilli bələdiyyə başqanı və Nazili kaymakamı konfrans iştirakçılarına təşəkkür plaketləri təqdim ediblər, bu cür konfransların gənclər üçün böyük önəmini xüsusi vurğulayaraq bu cür tədbirlərin davamlı olmasını xüsusi vurğulayıblar. Millət vəkili Q. Paşayeva tədbir iştirakçılarına Türkiyədə yeni çapdan çıxmış kitabları “Turan yolçusu” və “Aşk yolçusu”nu və həmmüəllifi olduğu “Karabağ hikayeleri”ni imzalı hədiyyə edib. Tədbirdə Türkiyədə yaşayan azərbaycanlı qız Azərbaycan, Vətən haqqında şeirlər səsləndirib.Təbirdən sonra millət vəkili Q.Paşayeva və heyət üzvlərinin yerli QHT və KİV nümayəndələri, qadın və gənclər təşkilatları ilə, Aydın, Nazilli Türk Ocaqlarının rəhbərliyi ilə də geniş görüş və müzakirələr olub.

Advertisements

22.02.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: