Karasuda Qarabağ prospekti, parkı və abidəsi açılacaq

Karasuda Qarabağ prospekti, parkı və abidəsi açılacaq.

Sakaryada səfərdə olan millət vəkili Qənirə Paşayeva Karasu bələdiyyə başçısı Mehmet İspiroğlu ilə görüşüb. Millət vəkilləri Qənirə Paşayeva, Sona Əliyeva, Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) rəhbəri Bilal Dündar, Sakarya təmsilçisi Aqil Bağırovun  iştirak etdiyi görüşdə Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da fikir mübadiləsi aparılıb və millət vəkili Q.Paşayeva yaxın zamanlarda Karasuda mərkəzi parklardan birinə isə Qarabağ adının veriləcəyinə, abidənin qoyulacağına  inandığını deyib, təkliflərlə çıxış edib və Karasu bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb. Azərbaycanı çox sevdiyini deyən Karasu bələdiyyə başçısı Mehmet İspiroğlu Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəklərini deyiblər. O həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını,  hər zaman qardaş Azərbaycanın yanında olduqlarını və millət vəkili Qənirə Paşayevanın Karasuda Qarabağ parkı və abidəsi ilə bağlı təkliflərini müsbət qiymətləndirdiyini bildirərək bu təkliflərə qısa zamanda mütləq baxılacağını və həllini tapacağını deyib. Görüş zamanı Karasu bələdiyyəsi, millət vəkili Q.Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB, Bilal Dündarın rəhbərlik etdiyiAzərbaycan Dərnəkləri Federasiyası (TADEF) və onun Sakarya təmsilçiliyi arasında protokol imzalanıb. Protokola əsaasən Karasuda yaxın günlərdə Qarabağ, Azərbaycan prospektinin açılışı olacaq.  Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB sədri Q.Paşayeva Karasu bələdiyyə başqanına və Azərbaycan Dərnəkləri Federasiyasına (TADEF), təşkilatın Sakarya təmsilçisinə bu addıma görə təşəkkürünü bildirib və bu cür layihələrin dosta və düsmana önəmli bir məsaj olduğunu bildirib.  Millət vəkili Q.Paşayeva Karasu bələdiyyə başqanını və üzvlərini Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiklərini deyən bələdiyyə başkanı dəvəti böyük məmnuniyyətlə qəbul etdiyini deyərək qısa zamanda Azərbaycana səfər edəcəyini bildirib. Millət vəkilləri Q.Paşayeva və Sona Həsənova həmçinin Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) rəhbəri Bilal Dündar və onun Sakarya təmsilçisi ilə də görüşüblər və  Qarabağ həqiqətlərinin qardaş Türkiyədə daha geniş tanıdılması istiqamətində yeni layhələr ətrafında fikir mübadiləsi aparıblar. 

Advertisements

16.02.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: