Sakarya Erenlerdə Xocalı parkı və abidəsinin açılışı olub

Sakarya Erenlerdə Xocalı parkı və abidəsinin açılışı olub

Şakaryanın ən böyük bölgələrindən biri olan Erenlerin mərkəzində Xocalı parkı və Xocalı abidəsinin açılışı olub. Açılışında Azərbaycan və Türkiyə millət vəkilləri, ziyalıları, Sakarya bələdiyyə başqanı və valisi, Erenler bələdiyyə başqanı, İLESAM başqanı, QHT, media nümayəndələri, Türk dünyasının müxtəlif bölgələrindən gəlmiş aydınlar  və yüzlərlə yerli sakin iştirak edib. Erenler bələdiyyəsinin başqanı çıxışında Xocalı parkı və abidəsinin Erenlerde olmasının önəmini xüsusi vurğulayıb və hər zaman qardaş Azərbaycanın yanındayıq deyib. Layihənin həyata keçirtilməsinə dəstək olan İLESAM-ın başqanı Mehmet Nuri Parmaksız Xocalı soyqırımından danışıb və həqiqətlərin dünyaya çatdırılmasında aydınların üzərinə düşən vəzifələri xüsusi vurğulayıb. İLESAM-ın başqanı Mehmet Nuri Parmaksız Xocalı parkı və abidəsinin Erenlerdə açan bələdiyyə başqanının rəhbərlik etdiyi qurum tərəfindən “Türk dünyasına xidmət” medalına layiq görüldüyünü deyib və medalı ona təqdim edib.  Bir müddət əvvəl Sakaryaya səfəri, rəsmi görüşlərdə və tədbirlərdə Sakaryada və onun bölgələrində Qarabağ, Xocalı parkı və abidələrinin açılması çağırışını etdiyini və Sakarya rəsmilərindən bu təkliflərə dəstək gəldiyini deyən millət vəkili Q. Paşayeva Erenlər bələdiyyə başqanına və əməyi keçən hər kəsə təşəkkür və “Azərbaycan və Türkiyə üçün şəhid olmuş qəhrəmanlarımızın ruhu q       arşısında baş əyirik” sözləri ilə çıxışına başlayıb. Millət vəkili bildirib ki, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün Türkiyənin bir çox şəhərlərində “Xocalı”, “Qarabağ” və s. adı ilə abidələr və parkların açılması ənənəsi davam edir. Xocalı parkı və abidəsinin bundan sonra erenlilərin ən çox ziyarət yerinə çevriləcəyinə inandığını deyib. Qarabağda günahsız insanlara edilən erməni zülmünün hər türkün yaddaşlarına həkk etməsi üçün, elə bu abidənin önündə yazılan məlumatları oxuması kifayət edəcəyi bildirilib.Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva çıxışında tədbir iştirakçılarına Qarabağ həqiqətləri və abidə ilə bağlı geniş məlumatlar verib,abidənin hazırlanmasında dəstək göstərən və əməyi olan hər kəsə təşəkkürünü bildirib. Parkın açılışından çıxış edən millət vəkili Qənirə Paşayeva ümumilli lider Heydər Əliyevin ifadə etidiyi kimi “Bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyə qardaşlığının atılan hər addımda, ərsəyə gələn bütün işlərdə özünü ortaya qoyduğunu deyib:“Hər bir türk övladı həm də Qarabağlıdır. Siz nə qədər Qarabağlı olursanız, səsimizi dünyaya o qədər çox çatdıra bilərik. Axı o torpaqlarda günahsızca qətl edilən insanlar bizim qardaş, bacılarımızdı. Fevralın 26-ı qədim Xocalımızınişğal olunduğu gündür və bizim hamımız üçün çox ağır bir gündür və birlikdə bu işğalların bitməsi üçün daha da çox çalışmalıyıq. Birliyimizi daha da gücləndirməliyik. Millət vəkili Q.Paşayeva Xocalıda dinc sakinlərin, uşaqların erməni faşistləri tərəfindən vəhşiçə öldürülməsindən də danışıb. Bu zülmə dünya birliyinin səssiz qaldığını deyib. Çıxışlarda bir daha bu zülümlərin yaşanmaması üçün gəncliyin Qarabağda baş verənləri yaddaşlarına yazmağın zəruriliyi dilə gətirilib, belə abidələr və parkalar Türkiyənin dörd bir yanında açılmalıdır deyilib:“Biz birlikdə Azərbaycan və Türkiyəyə qarşı terror hadisələri, cinayətlər, işğallar həyata keçirənlərə qarşı mübarizəmizi daha da gücləndirməliyik, gücləndiririk və inşallah onların ədalət qarşısında cavab vermələrinə də nail olacağıq. Cənab prezident əsl qardaşlığın necə olduğunu hər kəsə göstərdi və dosta da düşmənə də çox önəmli mesaj oldu. Dədələrimiz birlik və bərabərlik içində bizə zəfərin yolunu göstərdi və yenə də birlik, bərabərliyimizi daha da gücləndirib zəfər qazanacağıq”.O, bildirib ki, bu gün Türkiyədə bu cür tədbirlərimizin keçirilməsi çox önəmlidir.“Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. İnşallah yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil. Bütün türk, müsəlman çoğrafiyasında yaşayan, bu gün acı və kədər içində olan qardaş-bacılarımıza dəstək olmalıyıq və mən sizi bu gün Qarabağda, Suriyada Bayırbucaqda, İraqda, Təlafərdə, Kərkükdə, Krımda, Axısxada harada əziyyət çəkən insanımız varsa, onlara hər zaman əlinizdən gələn köməyi əsirgəməməyə çağırıram. Allah insanımıza hər zaman hər yerdə yardımçı olsun”. Azərbaycan millət vəkili Sona Əliyeva da Xocalı Soyqırımı ilə bağlı geniş çıxış edib və soyqırım törədənlərin ədalət qarşısında cavab verməsinə nail olmaq üçün Türk dünyasının birlikdə çalışmasının vacibliyini xüsusi vurğulayıb və əməyi keçənlərə təşəkkür edib. Sakarya millət vəkilləri və valisi də çıxış edərək Xocalı Soyqırımından geniş danışıblar və hər zaman qardaş Azərbaycanın yanındayıq deyiblər. Sonra parkın və abidənin açılışı olub və layihənin həyata keçməsində əməyi olanlara xatirə plaketləri təqdim olunub. Tədbirdə Azərbaycanın İstanbuldakı baş konsulluğunun rəsmiləri də iştirak ediblər.

Advertisements

13.02.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma

%d bloqqer bunu bəyənir: