Millət vəkili Qənirə Paşayeva Tovuz rayonunda 2017-ci ilin yekunlarına həsr olunan hesabat yığıncağında  rayon təşkilatları rəhbərlərinə müraciət edərək “biz hamımız xalqın xidmətçiləriyik,problemlərin həllində səylərimizi daha da artırmalıyıq” deyib

Millət vəkili Qənirə Paşayeva Tovuz rayonunda 2017-ci ilin yekunlarına həsr olunan hesabat yığıncağında  rayon təşkilatları rəhbərlərinə müraciət edərək biz hamımız xalqın xidmətçiləriyik,problemlərin həllində səylərimizi daha da artırmalıyıq deyib

Tovuz rayonunda 2017-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağında   rayonun bütün qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən geniş tədbirdə rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov,  millət vəkilləri Qənirə Paşayeva və Rafiq Məmmədhəsənov iştirak ediblər. Tovuz rayonu icra hakimiyyətinin başçısı T.Zeynalov 2017-ci ildə rayonda görülmüş işlər, əldə edilmiş uğurlar və həllini gözləyən məsələlər barədə geniş məruzə ilə çıxış edib. Millət vəkili R.Məmmədhəsənov  Prezident İlham Əliyevin yürütdüyü siyasət, əldə olunmuş uğurlar və ölkəmizin inkişafı istiqamətində dövlət başçısının qarşıya qoyduğu vəzifələrlə bağlı geniş məlumat verib. Millət vəkili Q.Paşayeva çıxışına Prezident İlham Əliyevin hər zaman müşavirələrində səsləndirdiyi xalqın maraq və mənafeləri hər şeydən üstündür düşüncəsini xüsusi vurğulayaraq başlayıb və yerli məmurları, nazirliklərin rayon şöbələri rəhbərlərini əhalinin problem və qayğılarına daha həssas münasibət  göstərməyə,onların həlli istqamətində daha çox çalışmağa, süni əngəl və maneələrə yol verməməyə çağırıb. Rayonlarda, o cümlədən Tovuzda da  insanlarımızın üzləşdiyi ən böyük problem işsizliklə bağlıdır deyən millət vəkili Q. Paşayeva ümid edirəm ki, Tovuzda iş yeri açmaq, biznes qurmaq istəyənlərə dəstək daha da artacaq və artmalıdır deyib: “Çünki bu, cənab Prezidentin qarşıya qoyduğu əsas məsələlərdən biridir”. Səhiyyə sahəsində məsələlərə toxunan millət vəkili rayonda maarifləndirmə işlərinin daha da artırılmasının vacib olduğunu deyib.  Adamların bir çoxunun heç xəbəri də yoxdur ki, Hepatit C-yə  hardan yoluxa bilər deyən millət vəkili Q. Paşayeva Hepatitlər, vərəm xəstələyi də daxil olmaqla bir sıra xəstəliklərin artmaması üçün rayon səhiyyə qurumlarını sakinlərin tibbi maarifləndirilməsi məsələsində daha fəal olmağa çağırıb. Rayon elektrik, qaz və su idarələri rəhbərlərini də əhalidən gələn şikayət və problemlərə daha həssas yanaşmağa çağırıb.  Millət vəkili Q.Paşayeva təhsil qurumlarına üz tutaraq təhsilin keyfiyyətinə , o cümlədən gənclərin mənəvi-əxlaqi tərbiyəsi ilə bağlı məsələlərə daha da ciddi diqqət yetirməyə çağırıb. Gənclərin mütaliəyə daha da meyllənməsi istiqamətində rayon təhsil qurumlarının, ziyalıların və rayon kitabxanalarının daha fəal olmasının vacibliyini vurğulayan millət vəkili Qənirə Paşayeva bu istiqamətdə təkliflərini səsləndirib, ziyalılarla gənclərin mütəmadi görüşlərinin keçirilməsinin önəmini xüsusi vurğulayıb. Millət vəkili rayonun idman və gənclər və turizm idarələrinə müraciət edərək gənclərlə bağlı çalışmalarda gənclərin fəaliyyətinin daha da genişləndirilməsinin və rayonun turizm potensialının geniş təbliği istiqamətində işləri daha da artırmağa çağırıb. O, bu istiqamətdə internetin, virtual məkanın, sosial şəbəkələrin imkanlarından geniş istifadə etməyə səsləyib. Rayonun mədəniyyət idarələrinə müraciətində millət vəkili Qənirə Paşayeva bildirib ki, rayonun mədəni həyatının daha da fəallaşması üçün işlər daha da genişlənməlidir və bunun üçün böyük potensial var. Kəndlərdə istedadlı gənclərin tapılıb üzə çıxarılması və onlara doğru istiqamətlərin verilməsi önəmli məsələlərdən biridir.  Millət vəkili Q. Paşayeva kənd icra münayəndələri və bələdiyyələri də əhalinin ortaya çıxan məsələlərinin həllində daha fəal olmağa, laqeyidliyə yol verməməyə çağırıb. Millət vəkili Q. Paşayeva keçirilən  geniş müzakirələrin müsbət nəticələri olacağına inandığını deyib: “Bu rayonu təmsil edən millət vəkillərindən biri kimi hər zaman ortaya çıxan məsələlərin həllində hər dəstəyi göstərməyə hazır olduq və bundan sonra da belə olacaq. Çünki cənab Prezidentin də vurğuladığı kimi biz hamımız millət vəkilləri, məmurlar xalqın xidmətçiləriyik və ona yaxşı xidmət göstərmək üçün daha çox çalışmalı və həssas olmalıyıq. Ölkəmizin sabitliyi və inkişafı hamımız üçün ən vacib məsələ olmalıdır. Heç birimizin marağı dövlətimizin marağından üstün ola bilməz və olmamalıdır. Ona görə də inanıram ki, bundan sonra işlərimizi daha da sürətləndirəcəyik və cənab Prezidentin qarşıya qoyduğu məqsədlərin həyata keçirilməsi, əhalimizin güzəranının daha da yaxşılaşdırılması istiqamətində birlikdə  daha böyük səylə birlikdə çalışacağıq”. Tədbir zamanı rayonun ayrı-ayrı qurumlarının rəhbərləri, sahibkarlar çıxış edərək görülmüş işlər barədə məlumat verib, əldə olunmuş uğurlar və həllini gözləyən məsələlər barədə danışıb, təkliflərlə çıxış ediblər. Tədbirin sonunda tədbir iştirakçıları, rayon ictimaiyyəti adından cənab Prezidentə müraciət qəbul olunub və orada Tovuz rayonu ictimaiyyətinin bundan sonra da dövlətimizin inkişafı istiqamətində dövlət başçısının siyasətini dəstəkləyərək ölkəmizin bundan sonra da uğurlu inkişafı üçün daha da fəal çalışacaqları qeyd olunub.

Advertisements

07.02.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: