Millət vəkili Q.Paşayeva MM-də Şəhidlər Xiyabanında Xocalıya aid abidə qoyulmasını təklif edib

Millət vəkili Q.Paşayeva MM-də Şəhidlər Xiyabanında Xocalıya aid abidə qoyulmasını təklif edib

Millət vəkili Q.Paşayeva Milli Məclisdə ildönümü yaxınlaşan Xocalı soyqırımı barədə də danışıb, Şəhidlər Xiyabanında Xocalıya aid monument, abidə və məlumat lövhəsinin qoyulmasını təklif edib və Bakı Şəhər İcra Hakimiyyətinə çağırış edib. O, bildirib ki, belə abidə və məlumat lövhəsinin Şəhidlər Xiyabanına qoyulması çox vacib məsələdir: “Belə ki, ölkəmizə gələn bütün xarici qonaqlar protokola uyğun olaraq mütləq Şəhidlər Xiyabanını ziyarət edir. Eyni zamanda turistlər arasında da Şəhidlər Xiyabanını ziyarət edənlər az deyil. Beləliklə, Şəhidlər Xiyabanında Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə qoyularsa, lövhədə xarici dillərdə məlumat yerləşdirilərsə, ölkəmizə gələn bütün qonaqlar protokol qaydasında və ya turist kimi Şəhidlər Xiyabanını ziyarət edən zaman Xocalı soyqırımı qurbanlarının xatirə abidəsini də ziyarət etmiş və bu barədə daha da geniş məlumatlar almış olacaqlar”. Millət vəkili Q.Paşayeva Şəhidlər Xiyabanı ilə bağlı təkliflərlə də çıxış edib: “20 Yanvar hadisələrinin  ildönümündən 1-2 günə əvvəl Şəhidlər Xiyabanını ziyarət edən zaman orada xeyli turist gördüm. Baxmağa gəlmişdilər. Amma təəssüf ki Şəhidlər Xiyabanında bu xiyabanla bağlı məlumatları əks etdirən xarici dillərdə heç bir məlumat lövhəsi yoxdur. Bu lövhələrin yerləşdirilməsi, ən çox yayılmış xarici dillərdə məlumat verən bir neçə bələdçinin orada fəaliyyətini təmin etmək, müxtəlif xarici dillərdə hazırlanan kiçik məlumat broşurlarının bələdçilər tərəfindən ziyarət edən qonaqlara verilməsinin təmin edilməsi, onlara pulsuz məlumatların verilməsini işinin təşkili Bakı Şəhər İcra hakimiyyəti və ya müvafiq qurumlar tərəfindən həyata keçirilə bilər, bu çətin məsələ deyil, böyük maliyyə vəsaiti də tələb etmir amma əvəzində biz Şəhidlər Xiyabanını ziyarət edən hər turistin daha dərin bilgilərlə dönməsini təmin edə bilərik ki bu da bizim üçün, həqiqətlərimizin yayılması üçün çox vacib məsələdir və müvafiq qurumları bu məsələni qısa zamanda həyata keçirməyə çağırırıq”.

Advertisements

01.02.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma

%d bloqqer bunu bəyənir: