Millət vəkili Qənirə Paşayeva MM-də Türkiyədə vəfat etmiş Cümhuriyyət qurucularımızın xatirəsinin əbədiləşdirilməsi məsələsini qaldırıb və qurumlara müraciət edib

Millət vəkili Qənirə Paşayeva MM-də Türkiyədə vəfat etmiş Cümhuriyyət qurucularımızın xatirəsinin əbədiləşdirilməsi məsələsini qaldırıb və qurumlara müraciət edib.

Millət vəkili Qənirə Paşayeva Milli Məclisin bügünki iclasında Sovet işğalı nəticəsində qardaş Türkiyəyə mühacirət etmək məcburiyyətində qalan Cümhuriyyət qurucularımızdan və fəallarından danışıb və onların qardaş Türkiyədə xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atmalıyıq deyib: “Cənab Prezidentimizin bu ilin Cümhuriyyət ili elan olunması və Cümhuriyyətimizin 100-cü ildönümünün yüksək səviyyədə qeyd olunması ilə bağlı qərarı sadəcə ölkəmizdə yaşayan azərbaycanlılar deyil, həm də ölkəmizdən kənarda yaşayan soydaşlarımız tərəfindən yüksək qiymətləndirilir. Müxtəlif ölkələrdə yaşayan Cümhuriyyət qurucularının ailə üzvləri, davamçıları ilə danışanda onlar da bu qərarı yüksək qiymətləndirdiklərini deyirlər və Cümhuriyyətimizin, parlamentimizin 100-cü ildönümü ilə bağlı tədbirlərdə iştirak etmək istədiklərini bildirirlər. Və inanırıq ki tədbirlərdə onların da iştirakı mütləq yüksək səviyyədə təmin olunacaq. Hər zaman getdiyimiz hər yerdə fəxrlə deyirik ki, bütün müsəlman şərqində ilk parlamentli demokratik respublikanı – Azərbaycan Xalq Cümhuriyyətini Azərbaycan xalqı qurub. Xalq Cümhuriyyətinin qurucuları və bir sıra fəalları Sovet işğalı nəticəsində qardaş Türkiyəyə mühacirət edib, orada yaşayıb mübarizələrini davam etdiriblər. Orada cümhuriyyətiminzin qurulmasında böyük xidmətləri olmuş bir çox böyük şəxsiyyətlərimiz yatır. Orada Məhəmməd Əmin Rəsulzadə, Əhməd Ağaoğlu , Xosrov bəy Sultanov, Nağı bəy Şeyxzamanlı, Xəlil bəy Xasməmmədov, Hüseynqulu bəy Xoyski,  Behbud Xan Cavanşir, Mehmet Sadıq Aran, Mir Yaqub Mehdi də daxil olmaqla bir sıra Cumhuriyyət qurucularımız və fəalları yatır. Amma onların yatdığı qəbirstanlıqların girişində belə orada Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının, fəallarının məzarlarının yerləşməsi barədə bir məlumat lövhəsi belə yoxdur. Bu il dövlət səviyyəsində Cümhuriyyətimizin 100-cü ildönümünü qeyd edəcəyik. Cümhuriyyətimizlə bağlı cənab Prezidentin imzaladığı sənədlər var və bunlar çox vacib və önəmlidir. Cənab Prezidentimizin diqqəti, hörmətli Mehriban xanımlın rəhbərliyi ilə Heydər Əliyev Fondu Fransada Əlimərdan bəy Topçubaşov və Ceyhun Hacıbəyli, Tiflisdə Həsən bəy Ağayev və Fətəli Xan Xoyski kimi cumhuriyyət qurucularımızın qəbirüstü abidəsini yüksək səviyyədə düzəldildi və oraya gedən insanlarımız onları ziyarət edir. Çox vacibdir ki, qardaş Türkiyədə məzarı olan cümhuriyyət qurucuları və fəallarının da qəbirüstü abidələri yüksək səviyyədə düzəldilsin, məzarın yanında  və qəbirstanlığın girişində burada bütün Müsəlman Şərqində ilk cümhuriyyətin qurucularından olan böyük şəxsiyyətin məzarının olduğunu göstərən və onunla bağlı məlumatı əks etdirən lövhə olsun ki, ziyarət edənlər orada nə qədər böyük şəxsiyyətlərin məzarı olduğunu bilsinlər. Eyni zamanda bu böyük dövlət adamlarının məzarlarının üzərində Azərbaycan və Türkiyə bayraqlarının bərabər əks olunması çox vacibdir. Biz bu məsələni  bir neçə gün Bakıda səfərdə olan qardaş Türkiyə Parlamentinin Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Volkan Bozkırın rəhbərlik etdiyi nümayəndə heyəti ilə parlamentimizin Beynəlxalq Əlaqələr komitəsinin görüşü zamanı da qaldırdıq və onlar da böyük məmuniyyətlə təkliflərimizi dəstəklədilər və bu məsələyə diqqət ayıracaqlarını bildirdilər. Müvafiq qurumlarımızı qardaş Türkiyənin müvafiq qurumları ilə birlikdə qısa zamanda bu məsələni həll etməyə çağırır və reallaşacağına inanırıq. Bu bizim o böyük şəxsiyyətlər qarşısında borcumuzdur və bütün azərbaycanlılar onları ziyarət etməlidir və onları buna çağırıram. Hər kəs bilməlidir ki, orada yatan çox böyük şəxsiyyətlərdir və onların qəbirlərinin üzərində Azərbaycanımızın bayrağının əks olunması çox vacib məsələdir. Nəzərə alsaq ki, Cümhuriyyətimizin 100-cü ildönümü ilə bağlı tədbirlər artıq başlayıb, çox vacib məsələdir ki, Cümhuriyyət qurucularımızın və fəallarının bir çoxunun məzarının qardaş Türkiyədə yerləşdiyini nəzərə alaraq burada bu kimi vacib məsələlər qısa zamanda həyata keçsin və mən müvafiq qurumları bu istiqamətdə addımlar atmağa çağırıram.”

Advertisements

01.02.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: