Millət vəkili Q.Paşayeva AŞPA-da terrorla mübarizənin gücləndirilməsinin vacibliyində,Türkiyənin “Zeytundalı” əməliyyatından danışıb və təşkilatı Türkiyəyə dəstəyə çağırıb

Millət vəkili Q.Paşayeva AŞPA-da terrorla mübarizənin gücləndirilməsinin vacibliyində,Türkiyənin “Zeytundalı” əməliyyatından danışıb və təşkilatı Türkiyəyə dəstəyə çağırıb.

Bu gün AŞPA-da “Türkiyənin Suriyaya hərbi müdaxiləsi” mövzusunda keçirilən müzakirələrdə Azad Demokratlar Qrupu adına Azərbaycan nümayəndə heyətinin üzvü millət vəkili Q.Paşayeva çıxış edib. Regional və beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması üçün terrorizm təhlükəsinin aradan qaldırılması çox vacibdir deyən Q.Paşayeva qurumu terrorla mübarizədə Türkiyədə dəstək göstərməyə çağırıb: “Mən Türkiyədə dəfərlərlə olmuşam. Türkiyə-Suriya sərhədində regionlara səfər etmişəm. Mən qaçqın düşərgələrinə baş çəkib, terror təşkilatlarının əlindən birbaşa əziyyət görmüş insanlarla söhbət etmişəm. Bilirəm ki, bu insanlar Avropa Şurasından dəstək gözləyirlər. Avropada insan haqlarının qoruyucusu olaraq AŞPA bu insanlıq faciəsinə diqqət yetirməlidir. Türkiyə Avropa Şurasının təsisçi-üzvü olaraq öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək və terrordan əziyyət çəkmiş mülki vətəndaşların fundamental hüquqlarını qorumaq məqsədilə addımlar atmışdır. Bu kontekstdə Türkiyə hərbi qüvvələrinin “Zeytunbudağı” adı altında həyata keçirdiyi əməliyyatlar Türkiyənin sərhəd təhlükəsizliyini təmin etmək, regionda terror təhlükəsini neytrallaşdırmaq və bununlada regionda yaşayan mülki vətəndaşları terror hücumlarından və hədələrindən qorumaq məqsədi daşıyır. Bundan başqa “Zeytunbudağı” əməliyyatı Türkiyənin beynəlxalq hüquqdan irəli gələn hüquqlarına uyğun başlanılmışdır. Bu kontekstdə BMT-nin terrorizm əleyhinə bir sıra qərarları və BMT Konvensiyasının özünümüdafiə hüququnu nəzərdə tutan 51-ci maddəsi Türkiyənin müdaxiləsinə haqq qazandırır. Suriyada PYD/YPG-nin məqsədi DEASH qarşı mübarizə aparmaq deyil, əraziləri işğal etmək və öz xeyirlərinə demoqrafik vəziyyəti dəyişməklə beynəlxalq ictimaiyyəti fakt qarşısında qoymaq idi. Türkiyə YPG və DEASH tərəfindən həyata keçirilən terror hücumlarından çox əziyyət çəkib. Bu terror hücumları çoxlu sayda günahsız insanın ölümünə səbəb olub. Ümid edirəm ki, Türkiyənin həyata keçirdiyi əməliyyat Suriyanın şimalına sülh və sabitlik gətirəcək və regionda yaşayanlar yenidən alçaq terror hücumlarına məruz qalmayacaqlar”.

26906957_1391978860914149_1783496303689548220_n

Advertisements

25.01.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: