Milli Məclisin deputatı Q.Paşayeva AŞPA-da: “Ermənistan uşaqlara qarşı bu cinayətləri neçə illərdir davam etdirir”

Milli Məclisin deputatı Q.Paşayeva AŞPA-da: “Ermənistan uşaqlara qarşı bu cinayətləri neçə illərdir davam etdirir”

AŞPA Azad Demokratlar Qrupu toplantısında Ermənistan silahlı qüvvələrinin amansızlıqla qətlə yetirdiyi balaca Zəhradan, Farizdən, Aygündən və işğal etdiyi torpaqlarımızda qətlə yetirdiyi uşaqlardan danışdım və bildirdim ki Ermənistan uşaqlara qarşı bu cinayətləri neçə illərdir davam etdirir. Və bu cinayətləri törədənlər ədalət qarşısında cavab verməyiblər. Bu da onu göstərir ki bu cinayətlər Ermənistan rəhbərliyi tərəfindən dəstəklənir. Bildirdim ki əgər AŞPA 2005-ci ildə qəbul etdiyi və Ermənistanın artıq 13 ildir yerinə yetirməkdən imtina etdiyi 1416 saylı qətnamənin yerinə yetirilməsi istiqmətində rəsmi İrəvana ciddi təzyiqlər göstərsə idi Zəhra, Fariz, Aygün kimi uşaqlar bu gün aramızda olurdu. Ona görə də AŞPA sadəcə qərarlar qəbul etməklə işini bitmiş hesab etməməlidir, həmin qətnamələrin yerinə yetirilməsi istiqamətində təsir və təzyiq mexanizmlərindən də istifadə etməlidir. Və AŞPA bundan sonra da ön cəbhə bölgələrində uşaqların həyatını itirməsini istəmirsə o zaman qəbul etdiyi sənədlərin yerinə yetirilməsi istiqamətində Ermənistana təzyiqlər etməlidir. Eyni zamanda bu kiçik yaşlı uşaqları qətlə yetirən cinayətkarlar, uşaq qatilləri ədalət qarşısında cavab verməlidir. Və onların ədalər qarşısında cavab verməsinə nail olunması üçün AŞPA səylərini artırmalıdır. İnsan haqlarının müdafiəsi dəyərləri üzərində qurulmiş bu təşkilatdan həmin uşaqların ailəsi məhz bunu gözləyir. Sadəcə onlar deyil AŞPA-da hökm sürən ikili standartlar üzündən təşkilata etimadı, inamı azalan bütün azərbaycanlılar da. Azad Demokratlar Qrupunu da fəaliyyətində bu məsələlərə diqqət ayırmağa çağırdıq.

Advertisements

23.01.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma

%d bloqqer bunu bəyənir: