Millət vəkili Q.Paşayeva İstanbulda Qarabağdan danışıb və Türk dünyasına çağırış edib

Millət vəkili Q.Paşayeva İstanbulda Qarabağdan danışıb və Türk dünyasına çağırış edib.

İstanbulda Sarıqamış şəhidlərinin xatirəsinə həsr edilmiş tədbirdə çıxış edən millət vəkili, siyasi elmləri doktoru, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva təşkilatçılara belə önəmli tədbirin təşkili üçün təşəkkürünü bildirib və Türkiyəmiz, Azərbaycanımız üçün canlarını fəda edən bütün şəhidlərimiz nur içində yatsın, onları hər zaman sevgi ilə anacağıq deyib. Q.Paşayeva Sarıqamışda yaaşanan böyük acı, o ağır günlərdə Azərbaycan türklərinin Anadoluda yaşayan qardaş-bacılarımızın yanında olması, rus imperiyası tərəfindən Nargin adasına əsir götürülmüş insanlarımızın xilas olması etdikləri fəadakarlıqlar barədə danışıb və onlar bizə qardaşlığın nə olduğu kimi gözəl örnəklər qoyublar və sonra eynu ruh Çanaqqalada, Bakının erməni daşnakları və arxasındakı güclərdən təmizlənməsi zamanı da davam edib deyib. Türk dünyasına səslənərək topluma örnək olaraq bugünki və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq deyib. Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq. Bu gün Türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva Türk milləti 100 il sonra yeni bir Çanaqqaladan keçir və güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib. Q. Paşayeva “Azərbaycan və Türkiyə bir millət iki dövlətdir” deyərək bu birliyin dosta da, düşmənə də bir məsaj olduğunu söyləyib. Azərbaycanın ümummimilli lideri Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir”, Azərbaycan Prezidenti İlham Əliyevin “Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür” düşüncəsini xüsusi vurğulayan Qənirə Paşayeva çıxışında Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Xocalı soyqırımından, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağın işğaldan azad edilməsi üçün çalışmalıdır:” Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq”. Bu məsələdə siyasətçilər, aydınlar, yazar, şair, araşdırmacı QHT və KİV-lərin üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva onları daha fəal olmağa çağırıb. Millət vəkili son günlər bölgədə daha da gərginləşən vəziyyət barədə də danışıb və Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır deyərək münasibətlərimizin daha da inkişafı istiqamətində görülən işlər barədə də geniş məlumat verib. O, İstanbulun Beylükdüzü bölgəsində Qarabağ parkının salınması və abidənin qoyulması ilə bağlı səhnədən bələdiyyə başqanına müraciət edərək təklifini səsləndirib və bu cür addımların önəmindən də danışıb. Millət vəkili “Biz birlikdə Azərbaycan və Türkiyəyə qarşı terror hadisələri, cinayətlər, işğallar həyata keçirənlərə qarşı mübarizəmizi daha da gücləndirməliyik, gücləndiririk və inşallah onların ədalət qarşısında cavab vermələrinə də nail olacağıq” deyib. Qənirə Paşayeva çıxışını “inşallah yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil” deyərək bitirib və tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. Tədbirin sonunda millət vəkili Qənirə Paşayevaya bir sıra QHT təmsilçiləri, fəal aydınlarla görüşüb və KİV-nə geniş müsahibələr verib.

27164034_1388008194644549_8567695937702653069_o

 

Advertisements

20.01.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: