Millət vəkili Qənirə Paşayeva Pakistan və Sudanın tanınmış təşkilat rəhbərləri ilə görüşdə Xocalı soyqırımını törədənlər ədalət qarşısında cavab verməlidir deyib

Millət vəkili Qənirə Paşayeva Pakistan və Sudanın tanınmış təşkilat rəhbərləri ilə görüşdə Xocalı soyqırımını törədənlər ədalət qarşısında cavab verməlidir deyib.

Millət vəkili Qənirə Paşayeva Sudan Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyanın rəhbəri Abla Mahdinin və Pakistan Biznes və Peşəkar Qadınlar Federasiyasının rəhbəri Nasreen Mahdi rəhbərlik etdiyi heyətlər ilə görüşüb və onlara ölkələrinin Xocalı Soyqırımını qəbul etdiyindən dolayı təşəkkür edib, “öz adımdan, bütün Xocalılar və bütün azərbaycanlılar adından ölkənizə ədalətin yanında olduğunuz üçün təşəkkür edirəm” deyib. Görüş zamanı millət vəkili Qənirə Paşayeva Sudan Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyanın rəhbəri Abla Mahdinin və Pakistan Biznes və Peşəkar Qadınlar Federasiyasının rəhbəri Nasreen Mahdinin rəhbərlik etdiyi heyətlərə Ermənistanın işğalçılıq siyasəti, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün Ermənistanın işğalı nəticəsində 20 ildən artıqdır ki, öz yurd-yuvalarına dönə bilməməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi barədə ətraflı məlumatlar verib və geniş fikir mübadiləsi aparılıb. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq ədalətin yanında olan bütün insanlar Ermənistanın bu addımlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı Sudan və Pakistan parlamentariləri kimi öz etiraz səslərini ucaltmalı, Xocalı Soyqırımının tanınması, bu dəhşətli cinayəti törədənlərin ədalət qarşısında cavab verməsi, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar deyib. Azərbaycanla əməkdaşlığın inkişafına önəm verdiklərini, əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduqlarını deyən Sudan Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyanın rəhbəri Abla Mahdinin və Pakistan Biznes və Peşəkar Qadınlar Federasiyasının rəhbəri Nasreen Mahdinin rəhbərlik etdiyi heyət Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafı üçün səylərin daha da artacağına inandığını deyib. Görüşün sonunda Qənirə Paşayeva Sudan Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyanın rəhbəri Abla Mahdinin və Pakistan Biznes və Peşəkar Qadınlar Federasiyasının rəhbəri Nasreen Mahdinin rəhbərlik etdiyi heyətlərə Azərbaycan tarixi, mədəniyyətinə dair materiallar, hədiyyələr təqdim edib və onları ölkəmizə dəvət edib. #Pakistan #Islamabad #Sudan #Khartoum

 

Advertisements

09.01.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma

%d bloqqer bunu bəyənir: