Millət vəkili Q.Paşayeva  MM-də xaricdə yaşayan azərbaycanlılar üçün televiziya kanallarında “Azərbaycan dilini öyrənək” verlişlərinin açılması  təklifi ilə çıxış edib

Millət vəkili Q.Paşayeva  MM-də xaricdə yaşayan azərbaycanlılar üçün televiziya kanallarında “Azərbaycan dilini öyrənək” verlişlərinin açılması  təklifi ilə çıxış edib.

Millət vəkili bu gün Milli Məclisdə çıxışında ölkə televiziyalarında “Azərbaycan dilini öyrənək”  dərslərinin keçirilməsinə ehtiyac var olduğunu deyib və xaricdə yaşayan soydaşlarımızın bununla bağlı xahiş və təkliflərini səsləndirib.  “Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəylik Günü gəlir və mən ilk öncə hər bir soydaşımızı bu önəmli  bayram münasibəti ilə təbrik edirəm. Bu bayramının təşəbbüskarı olan ümummilli liderimiz Heydər Əliyev bununla azərbaycanlılar arasında həmrəyliyin güclənməsinin nə qədər önəmli olduğuna bütün soydaşlarımızın diqqəti yönəltmişdi. Azərbaycan dövlətindən xaricdə yaşayan azərbaycanlılari istər İranda,Cənubi Azərbaycanda yaşayan soydaşlarımız, istər İraqda, istər Dağıstanda əksəriyyəti latin əlifbasında oxuya bilmirlər. Ona görə də Azərbaycan mətbuatını, agentliklərini izləyə bilmirlər, Azərbaycanda çap olunan kitabları oxuya bilmirlər və Azərbaycanla bağlı geniş məlumatları oxumaq onlar üçün çətindir. Bundan başqa xarici ölkələrdə yaşayan diasporumuzda isə uzun illər bundan əvvəl xarici ölkələrə üz tutmağa məcbur olan azərbaycanlıların bir çoxunun isə nəvələri, nəticələri  latın əlifbası bir tərəfə ümumiyyətlə Azərbaycan dilini ya bilmirlər, ya da çox pis bilirlər. Yəni bir çoxu öz ana dilini yaxşı bilmir. Hər zaman Azərbaycan dövləti hüdudlarından kənarda yaşayan soydaşlarımızla görüşəndə onlar televiziya kanallarımızda Azərbaycan dili dərsinin vacibliyindən danışır və bu məsələnin reallaşmasını xahiş edirlər. Həmin televiziya dərslərində Azərbaycan dilinin öyrədilməsinə əlifbadan başlanılır və yüksək səviyyəli mütəxəssislərin iştirakı ilə yenidən bir dili, əlifbanı öyrənmək istəyən insanların dili və əlifbanı öyrənə bilməsi üçün böyük imkanlar olur. Özəlliklə dövlət büdcəsindən maliyyələşən televiziya kanallarımızda və ümumiyyətlə digər kanallarımızda da “Azərbaycan dilini öyrənək” verilişinə böyük ehtiyac var. Soydaşlarımızın Azərbaycanı daha yaxından  televiziyalarımız vasitəsi ilə izlədiyini nəzərə alaraq bu layihələrin genişlənməsi Azərbaycan dövləti hüdudlarından kənarda yaşayan soydaşlaırmızın ana dilimizi yaxşı bilməsi üçün çox vacibdir. Ona görə də mən televiziyalarımızı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində bu məsələyə xüsusi diqqət ayırmağa çağırıram”.

 

 

 

 

 

 

Advertisements

29.12.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: