Millət vəkili Qənirə Paşayeva MM-də əlillərin ödənişli ali təhsildən azad edilməsi məsələsini qaldırıb

Millət vəkili Qənirə Paşayeva MM-də əlillərin ödənişli ali təhsildən azad edilməsi məsələsini qaldırıb

Bu gün Milli Məclisdə çıxış edən millət vəkili Q. Paşayeva bildirib ki, ötən gün qarşıdan gələn bayramlar münasibət ilə bir qrup fiziki imkanları məhdud şəxslərlə onlar üçün keçirilən bayram tədbirində görüşü zamanı orda iştirak edən və ödənişli ali təhsil alan fiziki imkanları məhdud gənclər və əlillərin hüquqlarının müdafiəsi və problemləri ilə məşğul olan təşkilatların rəsmiləri Milli Məclisdən ödənişli ali təhsil alan əlillərin ödənişli ali təhsildən azad edilməsini xahiş və təklif ediblər. Millət vəkili bildirib ki, onların bu xahiş və təklifini səsləndirməklə yaxın zamanlarda bu məsələyə baxılmasını xahiş edir. Fiziki imkanları məhdud gənclərimiz Milli Məclisdə bu məsələyə qısa zamanda baxılmasını və onların ödənişli ali təhsildən azad olunması  məsələsinin qısa zamanda öz həllini tapmasını gözləyirlər və bu onlar üçün çox böyük dəstək olar.  “Bu adamların sayı azdır. Onlar ali məktəblərə ödənişli əsaslarla daxil olarkən yaxşı olar ki, onların təhsil haqqının ödənişi dövlət vəsaiti hesabına həyata keçirilsin. Çünki onlar üçün bu vəsaiti ödəmək çox çətindir. Ona görə də əlillərin ödənişli ali təhsildən azad edilməsi sağlamlıq imkanları məhdud insanlarımızın təhsilə stimullaşdırılması istiqamətində çox gözəl bir addım olardı və ödənişli ali təhsil alan əlillər Milli Məclisdən yaxın zamanlarda bu məsələyə baxılmasını və öz həllini tapmasını gözləyirlər”, – deyə millət vəkili bildirib.

Advertisements

29.12.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: