Qaziantepdə Türk dünyası gəncləri ilə görüşdə Qarabağ çağırışı edən millət vəkili Q.Paşayevanın kitablarının imza mərasimi də keçirilib

Qaziantepdə Türk dünyası gəncləri ilə görüşdə Qarabağ çağırışı edən millət vəkili Q.Paşayevanın kitablarının imza mərasimi də keçirilib.

Millət vəkili, siyasi elmlər doktoru Q.Paşayeva Qaziantepdə Türk dünyasının müxtəlif bölgələrindən olan gənclər və gənclər təşkilatları ilə görüşüb və geniş fikir mübaadiləsi aparıb. 100 il əvvəl tarixdə olmayan soyqırım barədə qərar qəbul edənlərin əksəriyyəti modern dünyanın gözləri qarşısında Ermənistanın Xocalıda törətdiyi dəhşətli soyqırımı görmək istəmir deyən millət vəkili Q.Paşayeva bildirib ki beynəlxalq hüququn tamamilə zəiflədiyi, beynəlxalq təşkilatların bir neçə böyük ölkənin maraqlarını müdafiə edən təşkilatlara çevrildiyi bir dünyada haqlarını qoruya bilmənin tək yolu gücdür. Bu güc isə birlikdən keçir. Ona görə də  Türk dünyası olaraq birliyimizi daha da gücləndirməliyik və birlikdə haqsızlıqlara qarşı mübarizəmizi gücləndirməliyik deyib. Millət vəkili Q.Paşayeva qardaşlıq yaxşı gündə də çətin gündə də birlikdə olmaqdır, ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq deyib. Bu məsələdə gənclərimizin üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva onları daha fəal olmağa çağırıb. Türk gəncliyinin üzərinə bu məsələdə böyük vəzifə düşdüyünü qeyd edən millət vəkili Qənirə Paşayeva bütün türk gəncliyini tariximizə sahib çıxmağa, sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan, Qarabağ həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə sosial mediada səylərin artırılmasının, işinin sürətləndirilməsinin vacibliyini qeyd edib. Gəncləri sosial mediyada daha da aktiv olmağa dünyanın müxtəlif ölkələrində yaşayan dostlarına tarixi gerçəkləri çatdrmaqda fəallığını artırmağa, sosial medianın verdiyi imkanlardan yüksək səviyyədə yararlanmağı məsləhət görən millət vəkili Qənirə Paşayeva çıxışını “inşallah gələn görüşümüzü birlikdə işğaldan azad edəcəyimiz Qarabağda və digər o gözəl bölgələrimizdə keçirək. İnanırıq ki, o gün uzaqda deyil”- deyərək bitirib. Millət vəkili Q.Paşayeva gəncləri maraqlandıran sualları da cavablandırıb və geniş fikir mübadiiləsi aparılıb. Millət vəkili Q. Paşayevagörüşün sonunda gənclərə Türkiyədə yeni çapdan çıxmış kitabları “Turan yolçusu” və “Aşk yolçusu”nu imzalı hədiyyə edib və onları maraqlandıran sualları da cavablandırıb. Millət vəkili Q. Paşayeva Gaziantepdə İraq Türkmanlarını rəsmiləri ilə də görüşüb və geniş fikir mübadiləsi aparılıb. Millət vəkili hər zaman yanınızdayıq deyib. Q.Paşayevanın Şanlıurfa Türk Ocakları başqanı Cenil Demirlə görüşündə isə bu vilayətdə Qarabağ həqiqətləri ilə bağlı konfransın keçirilməsi məsələsi müzakirə olunub. Millət vəkili Q.Paşayeva Qaziantepdə yaşayan azərbaycanlılarla da görüşüb və onları Azərbaycanı bu bölgədə daha fəal təbliğ etməyə çağırıb. Qaziantepdə millət vəkili Q.Paşayevanın Türkiyədə yeni çapdan çıxmış kitabları “Turan yolçusu” və “Aşk yolçusu”nun imza mərasimi də  olub. Millət vəkili Q.Paşayeva kitablarını imzalı oxuyucularına hədiyyə edib. 

 

Advertisements

26.12.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: