Millət vəkili Q. Paşayeva Qaziantepdə “Türk dünyası, Azərbaycan – Türkiyə birliyi və Qarabağ problemi” adlı konfrans verib

Millət vəkili Q. Paşayeva Qaziantepdə “Türk dünyası, Azərbaycan – Türkiyə birliyi və Qarabağ problemi” adlı konfrans verib

Millət vəkili, siyasi elmlər doktoru Q.Paşayeva Qaziantepdə “Türk dünyası, Azərbaycan – Türkiyə birliyi və Qarabağ problemi” ilə bağlı verdiyi konfransda Qarabağ problemi,  Ermənistanın işğalçılıq siyasəti, qərbin ikili standartları və birliyin önəmi mövzusunda ətraflı çıxış edib. Qaziantep Türk Ocaklarının bələdiyyənin dəstəyi ilə təşkil etdiyi ictimai-siyasi xadimlərin, aydınların, QHT və KİB rəsmilərinin də iştirak etdiyi konfransda  millət vəkili, siyasi elmlər doktoru Q.Paşayeva çıxışına “Azərbaycanda və Türkiyədə şəhid olan insanlarımızın ruhu qarşısında baş əyirəm” deyə başlayıb və Qarabağ və Türk dünyası həqiqətlərinin dünyaya daha geniş yayılmasında birliyimizi daha da gücləndirməliyik deyib. Qərbin Azərbaycana, Türkiyəyə, Türk-Müsəlman dünyasına yanaşmasındakı ikili standartlardan danışan millət vəkili Q.Paşayeva bu vəziyyətin getdikcə daha da pisləşdiyini xüsusi vurğulayıb. Dağlıq Qarabağ münaqişəsindən danışan millət vəkili Q.Paşayeva bu məsələdə Qərbin ikili standarlarını geniş şəkildə izah edib və beynəlxalq təşkilatların da ikili standartlaradan yanaşmalarını xüsusi vurğulayaraq kəskin qınayıb:  “Bu gün beynəlxalq təşkilatlar  BMT  başda olmaqla bir neçə böyük dövlətin maraqlarının müdafiəsindən başqa heç bir işlə məşğul olmur.  Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı qətnamələr var amma onların həyata keçirilməsi üçün Ermənistana heç bir təzyiq göstərmir.  İnsan haqlarından danışan beynəlxalq təşkilatlar Ermənistanın işğalçılığı üzündən öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün haqlarının müdafiəsi istiqamətində heç bir addım atmır”. Q.Paşayeva bildirib ki, biz Qərbin ikili standartlarını Xocalı Soyqırmına yanşmada da gördük: “100 il əvvəl tarixdə olmayan soyqırım barədə qərar qəbul edənlərin əksəriyyəti modern dünyanın gözləri qarşısında Ermənistanın Xocalıda törətdiyi dəhşətli soyqırımı görmək istəmir. Eyni vəziyyət  Türkiyəyə, Türk dünyasına qarşı yanaşmada da özünü göstəririr”. O, Qərb Türkiyəyə terrorla mübarizədə bu gün də dəstək vermədiyini və bunun özü ən böyük ikili standartdır deyib.  Avropada İslamafobiyanın artmasının doğurduğu ciddi narahatçılıqdan da danışıan millət vəkili Q.Paşayeva bildirib ki beynəlxalq hüququn tamamilə zəiflədiyi, beynəlxalq təşkilatların bir neçə böyük ölkənin maraqlarını müdafiə edən təşkilatlara çevrildiyi bir dünyada haqlarını qoruya bilmənin tək yolu gücdür. Bu güc isə birlikdən keçir. Ona görə də Azərbaycan-Türkiyə olaraq birliyimizi daha da gücləndirməliyik, gənc nəsillərimizi bir-birimizə daha çox sahib ola bilmə ruhunda yetiştirməliyk və birlikdə haqsızlıqlara qarşı mübarizəmizi gücləndirməliyik deyib. Millət vəkili Q.Paşayeva bildirib ki,  bəzi güclər bizi arxadan vura bilmək üçün öz içərimizdə də xainlər yetişdirirlər və bu məsələyə ciddi diqqət yetirilməlidir. Azərbaycanla Türkiyə arasında əlaqələrin getdikcə daha da inkişaf etdiyini deyən millət vəkili Q.Paşayeva bölgədə son günlər daha da gərginləşən vəziyyət barədə geniş çıxış edib, qardaşlıq yaxşı gündə də çətin gündə də birlikdə olmaqdır deyib və bütün türk dünyasını, harada doğulub harada yaşamasından asılı olmayaraq hər bir türk insanını da buna çağırıb. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bu məsələdə gənclərimizin üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva onları daha fəal olmağa çağırıb. Türk gəncliyinin üzərinə bu məsələdə böyük vəzifə düşdüyünü qeyd edən millət vəkili Qənirə Paşayeva bütün türk gəncliyini tariximizə sahib çıxmağa, sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə sosial mediada səylərin artırılmasının, işinin sürətləndirilməsinin vacibliyini qeyd edib. Gəncləri sosial mediyada daha da aktiv olmağa dünyanın müxtəlif ölkələrində yaşayan dostlarına tarixi gerçəkləri çatdrmaqda fəallığını artırmağa, sosial medianın verdiyi imkanlardan yüksək səviyyədə yararlanmağı məsləhət görən millət vəkili Qənirə Paşayeva çıxışını “inşallah gələn görüşümüzü birlikdə işğaldan azad edəcəyimiz Qarabağda və digər o gözəl bölgələrimizdə keçirək. İnanırıq ki, o gün uzaqda deyil”- deyərək bitirib. Millət vəkili Q.Paşayeva çıxışından sonra aydınları maraqlandıran sualları da cavablandırıb və geniş fikir mübadiiləsi aparılıb. Tədbirdə Qaziantep Türk Ocaqlarının rəhbəri Mehmet Berk çıxış edərək millət vəkili Q.Paşayevaya konfrans üçün təşəkkürünü bildirib və bu cür konfransların gənclər üçün böyük önəmini xüsusi vurğulayıb və ona Şanlıurfa  Türk Ocaqlarının rəhbəri Cemil Demir və tanınmış aydınlarla birlikdə təşəkkür plaketi və xatirə hədiyyəsi təqdim edib. Tədbirdə iştirak edən Regionların Maarifləndirilməsi İctimai Birliyinin təmsilçisi Arzu Bağırovaya da xatirə plaketi təqdim edilib.

Advertisements

25.12.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: