Millət vəkili Qənirə Paşayevanın Misir səfərində və rəsmi görüşlərdə Qarabağ problemi əsas diqqət mərkəzində oldu

Millət vəkili Qənirə Paşayevanın Misir səfərində və rəsmi görüşlərdə Qarabağ problemi əsas diqqət mərkəzində oldu:

” Bir neçə gün əvvəl Misirdə keçirilən beynəlxalq konfrans çərçivəsində Azərbaycan-Misir Parlamentlərarası Dostluq Qrupunun üzvü olaraq bu ölkədəki səfirimiz, dəyərli ziyalı Tural Rzayevlə bərabər Misir Parlamentini də ziyarət etdim və sədrin 1-ci müavini Mahmud Əş-Şərif və Dini Məsələlər Komitəsinin sədri Üsəmə Əl-Abd ilə maraqlı görüş və müzakirələrimiz oldu. Müsəlman ölkəsi olan Misirlə əməkdaşlığın genişləndiriməsində Azərbaycan hər zaman maraqlı olub. Elə görüş zamanı da bu istiqamətdə mövzular əsas diqqət mərkəzində oldu və səfirimizlə birlikdə bəzi məsələlər və təkliflərlə çıxış etdik və ümidvarıq ki onların reallaşması istiqamətində yaxın zamanlarda Misir tərəfindən fəal addımlar atılacaq. Təbii ki müzakirələr zamanı əsas diqqət mərkəzində olan məsələ Azərbaycanın ən ağrılı məsələsi olan Qarabağ problemi ərtafında oldu. Misir Parlamenti sədrinin 1-ci müavini Mahmud Əş-Şərif və Dini Məsələlər Komitəsinin sədri Üsəmə Əl-Abdaya Qarabağ problemi ətrafında son vəziyyətlə bağlı məlumat verməklə bərabər işğalçı Ermənistanın işğal etdiyi torpaqlarımzda törətdiyi vandalizm aktları, Xocalı soyqırımı barədə də geniş danışdıq. Evinə dönə bilməyən azərbaycanlı qaçqın və məcburi köçkünlərin, bütün Azərbaycan xalqının müsəlman ölkəsi Misirdən gözləntilərini də açıq söylədim. Qarabağ məsələsində bundan sonra Azərbaycanı daha da fəal müdafiə etməklə yanaşı Misir parlamenti tərəfindən Xocalı soyqırımını kəskin qınayan, pisləyən sənədin qəbulu. Yəni Xocalı soyqırımı ilə bağlı Misir Parlamentinin rəsmi mövqeyinin açıq şəkildə ortaya qoyan bir sənədin qəbul edilməsinin ədalətin dəstəklənməsi baxımından nə qədər böyük əhəmiyyət daşıdığını açıq şəkildə dostcasına söylədik. Komitələr səviyyəsindən başlayaraq bu istiqamətdə addımların atılmasının vacibliyi barədə danışmaqla yanaşı Xocalı soyqırımı ilə bağlı sənəd qəbul edən ölkələr barədə də danışdıq və insanlarımızın “bu sırada müsəlman Misir nədən yoxdur” deyə söylədiklərini də açıq dillə parlament rəhbərliyinin və komitə sədrinin diqqətinə çatdırdıq. Eyni zamanda parlamentlərarası əməkdaşlığın genişlənməsi, Misir parlamentində Azərbaycanla əməkdaşlıq qrupunun qısa zamanda formalaşmasının vacibliyi, diplomatik pasportların vizadan azad olunması kimi məsələləri də səfirimizlə birlikdə diqqətə çatdırdıq və müzakirə olundu. Uzun illərdir baş verən məlum hadisələrdən dolayı çalışmayan Misir parlamentinin artıq bir neçə müddətdir fəaliyyətə başlaması bu məsələlərin yaxın zamanlarda həllinə ümid etməyə əsas verir. Misir Parlamentini sədrinin 1-ci müavini Mahmud Əş-Şərif bildirdi ki ərazi bütovlüyü, Qarabağ problemi ilə bağlı Misirin dəstəyi bundan sonra da davam edəcək və ölkəsi Azərbaycanla əməkdaşlığın inkişafında çox maraqlıdır. Səsləndirdiyimiz təkliflərlə bağlı məsələlərə baxılacağını deyən Misir Parlamentini sədrinin 1-ci müavini Mahmud Əş-Şərif bütün istiqamətlərdə əməkdaşlığın genişlənməsi üçün addımlar atılacağını bildirdi. Azərbaycanda keçiriləcək beynəlxalq tədbir çərçivəsində yaxın günlərdə ölkəmizə səfər dərəcəyini deyən Misirin Dini Məsələlər Komitəsinin sədri Üsəmə Əl-Abda da Azərbaycanla əməkdaşlığın inkişafına xüsusi diqqət edəcəklərini bildirdi. Səfər çərçivəsində ölkəmizin Misirdəki səfirliyini də ziyarət etdik və səfir Tural Rzayev və səfirlik əməkdaşları ilə geniş fikir mübadiləsi oldu. Səfirliyimiz Misirdə çox fəal çalışır. Azərbaycanın Misirdə daha geniş tanınması, Qarabağ həqiqətlərinin təbliği istiqamətində xeyli önəmli işlər görülüb. Amma bu istiqamətdə işlərin daha da artmasına ehtiyac var ki bu məsələlərdə bəzi qurumlarımız səfirliyimizlə əməkdaşlıq çərçivəsində fəal çalışmalıdırlar. Çünki Misir böyük ölkədir və bu ölkə müsəlman ölkəsi olsa da erməni diasporu və lobbisi fəaldır. Ona görə də bu ölkədə təbliğatımızı daha da gücləndirmək üçün müxtəlif nazirliklərimizin dəstəyi ilə həyata keçirilən layihələrin sayının daha da artmasına böyük ehtiyac var. Səfər çərçivəsində Misirin Qadınlar Şurası rəhbərliyi və fəal xanımları ilə də maraqlı görüş və fikir mübadiləsi oldu. Fəal qadınlarımız, qadın təşkilatlarımız arasında əməkdaşlığın genişlənməsi potensialı ətrafında geniş müzakirələr apardıq və onları ölkəmizə dəvət etdik. Misirlə turizm sahəsində də əməkdaşlığın daha da genişlənməsi üçün böyük potensial var və ümid edirəm ki, bu istiqamətdə də yaxın zamanlarda işlər daha da sürətlənəcək.”

Advertisements

18.12.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma

%d bloqqer bunu bəyənir: