Fələstinin İnformasiya nazirinin müavini Mahmoud Khalefa Azərbaycana təşəkkürünü bildirib.

Fələstinin İnformasiya nazirinin müavini Mahmoud Khalefa Azərbaycana təşəkkürünü bildirib.

Fələstinin İnformasiya nazirinin müavini Mahmoud Khalefa İraq Jurnalistlər İttifaqının Bağdadda təşkil etdiyi beynəlxalq tədbir çərçivəsində  millət vəkili, siyasi elmlər doktoru Q.Paşayeva ilə görüşüb. Fələstinin İnformasiya naziri müavini Mahmoud Khalefa Azərbaycanın hər zaman Fələstinlə bağlı məsələlərdə göstərdiyi dəstəyə görə ölkəmizə təşəkkürünü bildirib və xalqının bunu çox yüksək qiymətləndirdiyini deyib. Azərbaycanın hər zaman müsəlman ölkələri ilə bağlı məsələlərə həssas yanaşdığın deyən millət vəkili Q.Paşayeva ölkəmizin İslam həmrəyliyi sahəsində gördüyü işlərdən danışıb. Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyi, Xocalı soyqırımını törətdiyi, 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkün düşdüyü dövrlərdə Azərbaycana müsəlman dünyasından yetərli dəstək verilməməsindən böyük üzüntü duymuşduq deyən millət vəkili Q.Paşayeva Dağlıq Qarabağ problemi ilə bağlı da geniş məlumatlar verib. O bildirib ki, bəzi müsəlman ölkələrinin işğalçı Ermənistanla əməkdaşlıq etməsi, əlaqələri daha da genişləndirməsi ciddi təəssüf doğurur və onlar bu yanaşmaya son qoymalıdır. Bölgədə baş verən proseslər fonunda müsəlman ölkələrinin bir-birinə daha çox dəstək verməsinin önəminə toxunan millət vəkili Q.Paşayeva ilə Fələstinin İnformasiya nazirinin müavini Mahmoud Khalefa bu mövzular ətrafında fikir mübadiləsi aparıblar. 

 

Advertisements

15.12.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma

%d bloqqer bunu bəyənir: