Millət vəkili Q.Paşayeva Ərəb Liqasının rəsmiləri ilə görüşüb və ərəb ölkələrinin media qurumlarını Qarabağ həqiqətlərinin yayılmasında daha fəal olmağa çağırıb

Millət vəkili Q.Paşayeva Ərəb Liqasının rəsmiləri ilə görüşüb və ərəb ölkələrinin media qurumlarını Qarabağ həqiqətlərinin yayılmasında daha fəal olmağa çağırıb.

İraqda beynəlxalq konfransda iştirak edən millət vəkili Q.Paşayeva Ərəb Liqası baş katibinin köməkçisi,  ərəb məsələləri və milli sektor üzrə idarə rəhbəri  Xəlil İbrahim Əl  Thavadi ilə görüşüb. Görüş zamanı  Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, minlərlə azərbaycanlını qətlə yetirməsi, soyqırımlar törətməsi, Xocalı soyqırımını törədənlərin hələ də ədalət qarşısında cavab verməməsi barədə danışan millət vəkili Q.Paşayeva Ərəb Liqasından bu məsələlərlə bağlı Azərbaycana daha çox dəstək gözləyirik deyib. Bir çox müsəlman ölkələrinin hələ də işğalçı Ermənistanla geniş əməkdaşlıq etməsinin böyük təəssüf doğurduğunu deyən millət vəkili Q. Paşayeva öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün sizdən daha çox dəstək gözləyir deyib. Millət vəkili ona Azərbaycanla bağlı geniş məlumatlar da verib və sizi ölkəmizdə görməkdən məmnun olarıq deyib.   Q.Paşayeva həmçinin tədbirdə iştirak etmək üçün Bagdadda səfərdə olan bir sıra ərəb ölkələrinin televiziya kanalları – Əl Səudiyyə, Əl Arabiyyə, Abu Dabi kanalı rəsmiləri ilə görüşüb, onlara geniş müsahibələr verib. Millət vəkili Q.Paşayeva həmçinin Oman, Tunis, Birləmiş Ərəb Əmirliyi və Sudan jurnalistlər cəmiyyətinin rəsmiləri ilə də görüşüb və müsahibələr verib. İraq Jurnalistlər Birliyi ilə də geniş fikir mübadiləsi olub və millət vəkili bir sıra tanınmış media qurumlarına müsahibələr verib. Millət vəkili Q.Paşayeva Çin və Hindistan mediasının İraq təmsilçiləri ilə də görüşüb və müsahibələr verib. Azərbaycan, onun iqtisadi və turizm potensialı və inkişafı, mədəniyyət ilə bağlı danışan millət vəkili Q.Paşayeva müzakirələr və müsahiblər zamanı Qarabağ probleminə geniş yer ayırıb. Qənirə Paşayeva görüşdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, minlərlə azərbaycanlını qətlə yetirməsi, soyqırımlar törətməsi, Xocalı soyqırımını törədənlərin hələ də ədalət qarşısında cavab verməməsi, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsini tələb edən qətnamələrinin yerinə yetirilməməsi barədə məlumat verib. Millət vəkili Q. Paşayeva ərəb ölkələrinin media qurumlarını Azərbaycanın təbliğatına  daha geniş yer  verməyə, Qarabağ həqiqətlərinin ərəb ölkələrində yayılmasında daha fəal olmağa çağırıb. Bu məsələyə bir sıra ərəb ölkələrinin mətbuat və media qurumlarının diqqət ayırmamasından təəssüflənirik deyən millət vəkili Q.Paşayeva evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçün ədalətin yanında daha çox olaraq Qarabağ, Xocalı Soyqırımı həqiqətlərinin daha geniş yayılması üçün bu mövzulara daha geniş yer verəcəyinizi gözləyir deyib. Onları Azərbaycana dəvət edən millət vəkili Q.Paşayeva onların müsəlman dünyasında baş verən bir sıra problemlərlə də bağlı suallarını cavablandırıb. Millət vəkili Q.Paşayeva tədbir çərçivəsində Hindistanın Associate Editor:İndia News and Feature Alliance, Hindistan Jurnalistləri Birliyi Beynəlxalq Federasiyasının vitse-prezidenti ilə də görüşüb, geniş müzakirələr aparıb, Azərbaycan, Qarabağ həqiqətləri ilə bağlı ətraflı məlumatlar verib.

Advertisements

14.12.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: