Millət vəkili Q.Paşayeva İraqın baş naziri  Heydər əl-Abadi ilə görüşüb, Qarabağdan, terrorla mübarizədən danışıb

Millət vəkili Q.Paşayeva İraqın baş naziri  Heydər əl-Abadi ilə görüşüb, Qarabağdan, terrorla mübarizədən danışıb

İraq Jurnalistlər İttifaqının Bağdadda təşkil etdiyi və 30 ölkədən nümayəndələrin qatıldığı Beynəlxalq Jurnalist Simpoziumunda iştirak edən millət vəkili,siyasi elmlər doktoru Q.Paşayeva tədbir çərçivəsində İraqın baş naziri Heydər əl-Abadi ilə görüşüb. Millət vəkilinin Azərbaycanın İraqla münasibətlərin inkişafına önəm verməsi, bütün istiqamətlərdə əməkdaşlığın genişlənməsində maraqlı olması barədə fikirlərinə cavab olaraq İraq baş naziri də Azərbaycanla əməkdaşlığı daha da genişləndirməyə çalışdıqlarını deyib. Qarabağ problemi ilə də bağlı bəzi məsələləri də baş nazirin diqqətinə çatdıran və Ermənistan tərəfindən torpaqlarının 20 faizi işğal olunan, 1 milyon qaçqın və köçkünü olan və erməni terrorundan əziyyət çəkən bir ölkə olaraq Azərbaycanın İraqın terrorla mübarizəsini dəstəklədiyini deyən millət vəkili Q.Paşayeva bildirib ki, terrorla mübarizədə ikili standartlar olmamalıdır və Azərbaycan hər zaman beynəlxalq təşkilatlarda bu məsələni xüsusi olaraq diqqətə çatdırır.  İraqda yaşayan Türkmanlar Azərbaycanla İraq arasında möhkəm bağlardır deyən millət vəkili, siyasi elmlər doktoru Q.Paşayeva Azərbaycan Milli Məclisində fəaliyyət göstərən Azərbaycan-İraq Parlamentlərarası Dostluq  Qrupunun fəaliyyəti ilə də bağlı məlumat verib. 

 

Advertisements

12.12.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma

%d bloqqer bunu bəyənir: