Millət vəkili Sudan heyəti ilə görüşdə dünya ölkələri bu məsələdə sizdən örnək almalıdır deyib

Millət vəkili Sudan heyəti ilə görüşdə dünya ölkələri bu məsələdə sizdən örnək almalıdır deyib.

Millət vəkili Qənirə Paşayeva Sudan Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyanın rəhbəri Abla Mahdinin rəhbərlik etdiyi heyətlə görüşüb və onlara ölkələrinin Xocalı Soyqırımını qəbul etdiyindən dolayı təşəkkür edib. Öz adımdan, bütün Xocalılar və bütün azərbaycanlılar adından ölkənizə ədalətin yanında olduğunuz üçün təşəkkür edirəm deyib.  Görüş zamanı millət vəkili Qənirə Paşayeva Sudan Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyanın rəhbəri Abla Mahdi və rəhbərlik etdiyi heyətə Ermənistanın işğalçılıq siyasəti, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün  Ermənistanın işğalı nəticəsində 20 ildən artıqdır ki, öz yurd-yuvalarına dönə bilməməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən  pozulmaqda  davam etməsi  barədə ətraflı məlumatlar verib və geniş fikir mübadiləsi aparılıb. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq ədalətin yanında olan bütün insanlar  Ermənistanın bu addımlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı Sudan parlamentariləri kimi  öz etiraz səslərini  ucaltmalı,  Xocalı Soyqırımının tanınması, bu dəhşətli cinayəti törədənlərin ədalət qarşısında cavab verməsi, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar deyib.  Azərbaycanla əməkdaşlığın inkişafına önəm verdiklərini, əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduqlarını deyən Sudan Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyanın rəhbəri Abla Mahdi və rəhbərlik etdiyi  heyət  Azərbaycanla  bütün istiqamətlərdə əməkdaşlığın inkişafı üçün səylərin daha da artacağına inandığını deyib. Görüşün sonunda Qənirə Paşayeva Sudan Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyanın rəhbəri Abla Mahdi və rəhbərlik etdiyi heyətə rəhbərlik etdiyi Avrasiya Beynlxalq Araşdırmalar İnstitutu İB-nın hazırladığı və içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” filmləri kataloqunu da hədiyyə edib.

 

Advertisements

24.11.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: