Millət vəkili Q.Paşayeva MM-də tələbələrin problemlərini qaldırıb və hökuməti onların həlli istiqamətində fəal olmağa çağırıb

Millət vəkili Q.Paşayeva MM-də tələbələrin problemlərini qaldırıb və hökuməti onların həlli istiqamətində fəal olmağa çağırıb. 

Millət vəkili Qənirə Paşayeva parlamentdə Azərbaycan Respublikası Hökumətinin iştirakı ilə 2018-cı ilin büdcəsi müzakirələri zamanı bir daha tələbə yataqxanaları problemini ciddi şəkildə qaldırıb. O, çıxışında deyib ki, bu gün tələbələrin çoxu maddi cəhətdən nisbətən imkansız ailələrin övladlarıdır və rayonlardan gələn belə tələbələr yüksək qiymətə kirayə evlərində yaşamaqda çətinlik çəkirlər: “Bir dövlətin və millətin inkişafı təhsildən keçir. Bölglərimizdə, kəndlərimizdə böyüyən gənclərimizin savadlı olması, ali təhsil arxasınca getməsi çox önəmlidir. Amma kənd rayonlarını təmsil edən millət vəkillərinin hamısı bu problemin şahididir ki, bölgələrimizdən, kəndlərimizdfən ali təhsil almaq üçün tələbələrimiz və onların ailələri ciddi problemlə üzləşirlər. Çünki universitetlərimizin bir çoxunun yataqxana sistemi demək olar ki, yox səviyyəsindədir. Məsələn, 20 minə yaxın tələbəsi olan BDU-da bir dənə də tələbə yataqxanası yoxdur. Sovet dövründə təxminən 7 yataqxanası var idi. Hökumətimizi bu məsələyə xüsusi diqqət yetirməyə, yataqxanalar probleminin həlli istiqamətində sürətli addımlar atmağa çağırırıq. Çünki bu gün ali təhsil müəssisələrimizdə təhsil alan tələbələrin təxminən yarısı ödənişli təhsil alır və təbii ki, bölgələrdən, kəndlərdən olan ailələrimiz üçün övladının təhsil xərcləri, yemək və geyim xəırcləri ilə bərabər baha kirayə xərclərini ödəmək çox ağırdır, çünki Bakıda evlərin kirayə haqları çox bahadır. Belə halda çətinliklə üzləşən ailələrin bəziləri ali təhsil alma qazanma imkanı qazansa da, övladlarını ali təhsil almaq üçün göndərmirlər. Ona görə də ali təhsil müəssisələrinin yataqxanalarla bağlı problemi çox ciddi məsələdir və qısa zamanda öz həllini tapmalıdır.” Millət vəkili hökuməti yeni yataqxanaların sürətlə tikintisi üçün vəsait ayrılmasına çağırdı. Maddi imkanlar üzündən ali təhsilini buraxmaq məcburiyyətində qalan və belə bir çıxılmaz vəziyyətlə üzləşən gənclərin sayı artır deyən millət vəkili Q.Paşayeva təhsil kreditlərinin daha da genişləndirilməsi məsələsini də qaldırıb. O bildirib ki, çoxlu sayda ali təhsil alan gənclər, ailələr millət vəkillərinə müraciət edərək ödəniş haqlarını ödəməkdə çətinlik çəkdiklərini və ali təhsili yarımçıq qoymaq məcburiyyətində qaldıqlarını deyirlər: ”Amma təhsil kreditləri dövlətlə bərabər özəl universitetlərə də verilsə və verilən gənclərin sayı artsa gənclər bu cür çıxılmaz vəziyyətdə qalmazlar. Uzun müddətə demək olar ki faizsiz kredit alaraq təhsilini başa vurub çalışmağa başladığında bir neçə ilə qaytarmağa başlayarlar və bu təhsilin də elmin də inkişafına özünün ciddi müsbət töhvələrini verə bilər. Kəndlərdən, rayonlardan nə qədər kasıb, imkansız ailələrin istedadlı uşaqları var. Azərbaycanda ali təhsil alan hər üç nəfərdən təxminən ikisinin ödənişli təhsil aldığını nəzərə alsaq təhsil kreditlərinin daha da genişlənməsi məsələsinin nə qədər önəmli olduğunu görə bilək. Bir çox qonşu ölkələrdə də təhsil kreditlərinin geniş yayıldığını deyən millət vəkili Q.Paşayeva bildirib ki, özəlliklə maddi imkanları zəif ailələrin istedadlı övladlarının maddi imkanlar üzündən təhsildən, elm sahəsindən uzaqlaşmaması üçün bundan sonra da davamlı addımların atılması vacibdir. Və o hökuməti bu məsələyə xüsusi doqqət ayırmağa çağırıb.

Advertisements

22.11.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: