Millət vəkili Q.Paşayeva Milli Məclisdə İcbari tibbi sığortanın ölkədə geniş tətbiqi həllini gözləyən ən vacib məsələlərdən biridir deyib və müvafiq qurumları ciddi addımlar atmağa çağırıb

Millət vəkili Q.Paşayeva Milli Məclisdə İcbari tibbi sığortanın ölkədə geniş tətbiqi həllini gözləyən ən vacib məsələlərdən biridir deyib və müvafiq qurumları ciddi addımlar atmağa çağırıb.

Millət vəkili Q.Paşayeva Milli Məclisdə hökumət üzvlərinin iştirakı ilə 2018-ci ilin büdcə müzakirələri zamanı çıxışında bildirib ki tibbi sığortanın bütün ölkədə tətbiqi bu gün ən vacib məsələlərdən biridir. İki rayonda pilot layihə həyata keçirildi. 2018-ci ildə nə qədər rayonda icbari tibbi sığorta tətbiq olunacaq və necənci ilə qədər bütün ölkədə tətbiq olunmağa başlayacaq? Çünki buna çox ehtiyac var. Xəsətliklərin sayı artır, eyni zamanda xəstəliklər getdikcə daha da cavanlaşır. İnsaların icbari tibbi sığortaya ehtiyacı var. Bu prosesi surətləndirmək lazımdır. Millət vəkili müvafiq qurumları icbari tibbi sığortanın tətbiqi məsələsinə ciddi önəm verilməsinə çağırıb və ölkədə icbari tibbi sığortanın geniş şəkildə tətbiqinə ciddi ehtiyac olduğunu vurğulayıb: ” Bu gün icbari tibbi sığorta həllini gözləyən ən vacib problemlərdən biridir. Biz hamımız bilirik ki, səhiyyə sahəsində ortaya çıxan, əhalinin bu sahədə üzləşdiyi bir sıra problemlərin həlli, səhiyyədə daha böyük islahatların keçirilməsi icbari tibbi sığorta sistemi inkişaf etmədən mümkünsüzdür. Bu istiqamətdə işlər təcili sürətlənməlidir, çünki bu məsələ səhiyyə sahəsində həllini gözləyən ən vacib problemdir. Aidiyyatı nazirlik və qurumları bu məsələyə xüsusi önəm verməyə çağırırıq.

Advertisements

22.11.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: