Millət vəkili Q.Paşayeva banklara borclu olan vətəndaşların devalvasiyadan sonra üzləşdiyi problemlərdən danışıb və onlara borcun qaytarılması üçün vaxt verilməsini xahiş edib

Millət vəkili Q.Paşayeva banklara borclu olan vətəndaşların devalvasiyadan sonra üzləşdiyi problemlərdən danışıb və onlara borcun qaytarılması üçün vaxt verilməsini xahiş edib:

“Devalvasiya  vətəndaşlarımıza da ciddi ziyan vurdu. Dollarla kredit götürən bir çox sadə vətəndaşların kreditlərinin qatyatarılmasında ciddi problemlər yaranıb. Vaxtında kreditlərini qaytara bilməyən vətəndaşların girov olaraq evlərini qoyduqları üçün banklar borcun qaytarılması üçün  məhkəmə yolu ilə evlərin satılması məsələsini irəli sürür . Artıq neçənci dəfədir ki banklara zəng edib seçicilərimizlə bağlı az qala yalvarırq ki nə olar vətəndaşa verilən vaxtı uzadın, yavaş-yavaş ödəsin, çünki evləri satılarsa, bütün bir ailə çöldə qalacaq. Belə halların artması cəmiyyətdə sosial gərginliyi də artıra bilər. Qazaxıstan devalvasiyadan sonra belə bir addım atdı ki, dövlət banklara, banklar da vətəndaşlara borcun ödənilməsi üçün zaman verdi. Hökumətimizdən xahiş edirik ki, bu məsələyə xüsusi həssaslıqla yanaşsın. Mərkəzi Bankın sədri Elman Rüstəmovla bu məsələ ilə bağlı danışdlm. Bilmək istərdim ki, bizdə də Qazaxıstan kimi bu təcrübədən istifadə edə bilərikmi.  Bu məsələnin çoxlu sayda ailəni narahat etydiyini nəzərə alaraq hesab edirəm ki, bu istiqamətdə vətəndaşlarımıza bu problemlərin həllində dəstək olmalıyıq. Dollarla kredit götürən sadə vətəndaşlar onların qaytarılmasında ciddi problemlə üzləşiblər və hesab edirəm ki, hökumət onlara dəstək istiqamətində müvafiq addımlar atmalıdır və müvafiq qurumları buna çağırıram”.

Advertisements

22.11.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: