Millət vəkili Q.Paşayeva  Beynəlxalq Ticarət Mərkəzinin rəsmiləri ilə Azərbaycanın həyata keçirdiyi böyük layihələrdən danışıb

Millət vəkili Q.Paşayeva  Beynəlxalq Ticarət Mərkəzinin rəsmiləri ilə Azərbaycanın həyata keçirdiyi böyük layihələrdən danışıb.

Millət vəkili Q.Paşayeva Beynəlxalq Ticarət Mərkəzinin İcraçı direktorunun müavini Dorothy N.Tembo və Beynəlxalq Ticarət Mərkəzinin nümayəndəsi Vanessa Erogbagbo ilə görüşdə onlara  Azərbaycan, ölkəmizin həyata keçirdiyi böyük iqtisadi və enerji layihələri, əldə olunan uğurlar, aparılan iqtisadi islahatlar və onların müsbət nəticələri, Azərbaycanın iqtisadi  və turizm potensialı, həyata keçirilən böyük nəqliyyat layihələri və onun regionda iqtisadi əməkdaşlğın genişlənməsinə verəcəyi böyük  töhfələr barədə geniş danışıb. Millət vəkili Q.Paşayeva böyük layihələrin həyata keçirilməsinə hər zaman ciddi təhdid olan həllini tapmamış münaqişələrdən də danışıb. O bildirib ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını BMT Təhlükəsizlik Şurası başda olmaqla beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymaraq azad etməməsi, vandalizm aktlarını davam etdirməsi bölgədə vəziyyətə ciddi mənfi təsir göstərən əsas problemdir və onun həlli istiqamətində beynəlxalq təşkilatlar səylərini daha da artırmalıdırlar. Millət vəkili Q.Paşayeva bildirib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün fəal qadınlar köçkün qadınların yanında olmalıdır. Q.Paşayeva ölkəmizdə qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər, Azərbaycanın Birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi altında bu istiqamətdə həyata keçirilən layihələrlə də bağlı geniş məlumatlar verib..  Millət vəkili Q.Paşayeva onları Azərbaycana dəvət edib və sizi hər zaman Azərbaycanda görməkdən şad olacağıq deyib.

Advertisements

13.11.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: