Millət vəkili Q.Paşayeva BMT təmsilçiləri ilə məcburi köçkün qadınlardan danışıb

 Millət vəkili Q.Paşayeva BMT təmsilçiləri ilə məcburi köçkün qadınlardan danışıb.

 Millət vəkili, Avrasiya Beynılxalq Araşdırmalar İnstitutu İB-nin sədri Q.Paşayeva BMT Baş katibinin qadınların iqtisadi hüquqları üzrə əlaqələndiricisi və nümayəndəsi Marianne Olesen,  BMT-nin Şərqi və Cənubi Afrika qadınları üzrə regional direktoru Dr. İzeduva Dereks-Briggs və BMT-nin Qadınların iqtisadi hüquqları üzrə keçmiş nümayəndəsi   Meq Couns  ilə görüşüb. Millət vəkili onlara işğalçı Ermənistanın 1 milyon azərbaycanlının 20 ildən artıqdır ki, öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə məlumatar verib. Millət vəkili bütün azərbaycanlıların BMT-dən Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməsi istiqamətində səylərini daha da artırmalarını gözlədiklərini bildirib. Qənirə Paşayeva görüş zamanı 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün, 100 minlərlə qaçqın və məcburi köçkün qadının BMT-dən onların Ermənistan tərəfindən pozulmuş hüquqlarının bərpası istiqamətində öz səylərini daha da artırmasını gözlədiklərini onların diqqətinə çatdırıb. Millət vəkili Q.Paşayeva onlara Azərbaycan, ölkəmizdə qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər, Azərbaycanın Birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi altında bu istiqamətdə həyata keçirilən layihələr, qadınların cəmiyyətdə rolunun genişlənməsi ilə bağlı məsələlərin dövlət siyasətinin tərkib hissəsi olması ilə bağlı da geniş məlumatlar verib.

 

Advertisements

06.11.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: