Millət vəkili Q.Paşayeva MM-də çıxış edərək vəkillik institutunu gücləndirməyə çağırıb

Millət vəkili Q.Paşayeva MM-də çıxış edərək vəkillik institutunu gücləndirməyə çağırıb.

Milli Məclisin bugünkü iclasında Mülki Prosessual və İnzibati Prosessual məcəllələrin, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişikliklər müzakirəsi zamanı millət vəkili Q.Paşayeva çıxış edərək bu dəyişikliklərlə bərabər vəkillik institunun güclənməsi və saylarınını dəfələrlə artırılması qqısa zamanda baş verməzsə ciddi problemlərin yaranacağını və insanların narazılığının artacağını bildirib.  Qeyd edək ki layihə məhkəmələrdə qanuni nümayəndəlik institutunun ləğvi ilə bağlıdır. Layihədə fiziki şəxsin yaxın qohumuna məhkəmələrdə qanuni nümayəndə kimi iştiraka icazə verilir. Millət vəkili Q.Paşayeva layihənin qəbulu ilə yanaşı qıss zamanda vəkillərin sayının bir neçə dəfə  artması üçün ciddi adddımlar atılmalıdır əks halda ciddi problemlər yarana bilər deyib:” Avropa Şurası ölkələri arasında da, region ölkələri arasında da ən az vəkil olan ölkələrdən biri Azərbaycandır. Ölkədə vəkillərin sayı 1000-nəfərdən azdır. Onların da əksəriyyəti paytaxtda fəaliyyət göstəririr. Regionlarda fəaliyyət göstərən vəkillərin sayı 300-ə belə çatmır. Ona görə də məhkəmələrdə qanuni nümayəndəlik institutunun ləğvi ilə bağlı müzakirə olunan bu layihə millət vəkillərində bu qədər narahatlıq doğurur. Mən özüm də rayonlardan birini təmsil edirəm. Minlərlə məhkəmə işləri ilə müqayisədə vəkillərin sayı dəhşətli dərəcədə azdır. Nümayəndəlik institutu layihədə vurğulandığı kimi yanvarın 1-dən ləğv olunduqda cəmi 930-yaxın vəkil onminlərlə məhkəmə prosesləri qarşısında dayana bilməz. Bunu sayını bir az artırsaq belə çox ağır nəticələrdən qaça bilməyəcəyik. Vəkillərə onlarla müraciətlər daxil olduğu zaman onlar seçməyə başlayacaqlar, xidmət qiymətləri qalxacaq və bir çox insanları onu ödəyə bilməyəcək və buda narazılığı artıra bilər. Ona görə də əgər bu layihə qəbul olunacaqsa yanvarın 1-nı qədər vəkillərin imtahanı və fəaliyyətə başlaması prosesini və prosedurlarını surətləndirmək və sadələşdirmək lazımdır ki vəkillərin sayı qısa zamanda ən azı 4-5 dəfə arta bilsin. O qədər gənc kadrlar var ki onların vəkiliyə gəlməsi üçün prosedurları sadələşdirməliyik. Bu problemdən əsas çıxış yoludur. Doğrudur nümayəndəlik institutunda  dələduzqluqla, fırıldaqla məşul olaraq insanları aldadanlar, zərər vuranlar da var idi və bu hamımızı narahat edirdi. Amma bir məsələni düzəltmək istəyəndə başqa ciddi problemlərin yaranmaması üçün parallel olaraq vəkillik institutunun inkişafı ilə də bağlı ciddi addımlar atılmalıdır. Eyni zamada nümayəndəlik institunun ləğvi, məhdudlaşdırması ilə məhkəmə sistemində rast gəlinən bir sıra xoşagəlməz halların tamamilə aradan qalxacağını düşünmək də mümkünsüzdür. Çünki bu məsələdə problem sadəcə bir tərəfdən deyil iki tərəfdən qaynaqlanırdı. Ona görə məhkəmələrimiz də insanlar arasında bu sistemə etibarın və inamın daha da artması üçün addımlar atmalıdır. Çalışmalıyıq ki insanlarımızın məhkəmə sistemi vasitəsi ilə hüquqlarını qoruya bilməsi imkanları daha da genişlənsin və hər kəs üçün əlçatan olsun. Ona görə də müvafiq qurumları bu məsələlərə də diqqət ayırmağa çağırırıq”.

Advertisements

31.10.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: