Millət vəkili Q.Paşayeva MM-də çıxış edərək əmək müqavilələri olmadan çalışan və ya əmək müqaviləsində əmək haqları az göstərilən işçilərin pozulan hüquqlarının müdafiəsi istiqamətində ciddi işlər görülməlidir deyib

Millət vəkili Q.Paşayeva MM-də çıxış edərək əmək müqavilələri olmadan çalışan və ya əmək müqaviləsində əmək haqları az göstərilən işçilərin pozulan hüquqlarının müdafiəsi istiqamətində ciddi işlər görülməlidir  deyib.  

Bu gün Milli Məclisdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklərin edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı çıxış edən millət vəkili Qənirə Paşayeva qanun layihəsində bir sıra vacib məsələlərin öz əksini tapdığını və onları dəstəklədiyini bildirməklə yanaşı qısa zamanda müəssisələrdə, şirkətlərdə əmək müqavilələri  ilə  bağlı problemlərin  də  öz həllini tapmasının vacibliyini bildirib: “Təbii hamımız istəyirik ki, sahibkarlıq daha da inkişaf etsin. Çünki iqtisadiyyatın inkişafı, iş yerlərinin açılması üçün bu çox vacibdir. Hamımız sahibkarla qarşı süni maneəler, qanunsuz yoxlamaların əleyhinəyik, amma sahibkarlar tərəfindən işçilərin hüquqlarının pozulmasının da əleyhinəyik. Bu gün özəl sektorda əmək müqaviləsi olmadan çalışan və ya əmək haqları əmək müqaviləsində az göstərilən insanların sayı az deyil. Sabah bu insanlar pensiyaya çıxanda necə olacaq? Necə pensiya alacaqlar? Yaşlananda heç olmasa özlərinə yetə biləcək pensiya ala bilməkdən məhrum olacaqlar və bu dövlət üçün ciddi bir problem olacaq. Unutmamalıyıq ki, biz pensiya təminatı ilə bağlı fərdi uçot sisteminə keçmişik, yəni hər bir insan öz əmək haqqında DSMF-na nə qədər vəsait ödəyibsə, ona müvafiq də pensiya alacaq. Əmək müqaviləsi olmadan çalışan insanların əmək müqavilələri və buna müvafiq olaraq DSMF-na ödəmələri olmadığı üçün gələcəkdə onların pensiyaları sual altında qalacaq və ya əmək müqaviləsindəki əmək haqqı gerçək əmək haqqından az göstərilənlər gələcəkdə o az əmək haqqına görə pensiya alacaq  və yüzlərlə insanın gələcəyi böyük təhlükə qarşısında qala bilər. Ona görə də əmək müqaviləsi olmadan və ya əmək haqqını sənədlərdə real əmək haqqından az göstərən,  işçi çalışdıran şirkət və qurumlara qarşı mübarizə aparılmalıdır. İnsanlar iş tapmaq asan olmadığından və işlərini itirməmələri üçün bəzən əmək müqaviləsi olmadan və ya sənədlərdə maaşı real əmək haqqından az göstərilməsinə razı olaraq  işləməyə məcbur olurlar. Amma müvafiq dövlət qurumu bu cür şirkət, qurumlara qarşı bu kimi hallara son qoyulması istiqamətində mübarizə tədbirləri aparmalıdır, çünki bu şərtlərlə işləməyə məcbur olan insanlar bu gün müəyyən problemlərlə üzləşməklə bərabər, onların gələcək pensiya təminatında da çox ciddi problemlər yaranacaq. Ona görə də bu sahəyə cavabdeh nazirliyin – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu istiqamətdə yoxlamalar aparmaq imkanları olmalı və bu məsələ ilə sərt mübarizəni ondan tələb etməliyik. Eyni zamanda əhalinin bu istiqamətdə hüquqları ilə bağlı maarifləndirilməsi məsələsini də daha da genişləndirməliyik.”

Advertisements

31.10.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: