Millət vəkili Q.Paşayeva Türkiyə QHT, KİV və aydınları ilə görüşdə dövlətlərimiz əleyhinə fəaliyyət göstərənlərə qarşı birlikdə daha sərt  mübarizə aparmalıyıq deyib

Millət vəkili Q.Paşayeva Türkiyə QHT, KİV və aydınları ilə görüşdə dövlətlərimiz əleyhinə fəaliyyət göstərənlərə qarşı birlikdə daha sərt  mübarizə  aparmalıyıq deyib.

Millət vəkili Q. Paşayeva Türkiyənin İstanbul, Bolu, Kayseri və Manisa  vilayətlərində qardaş Türkiyənin QHT, KİV  və aydınları ilə görüşüb. Millət vəkili eyni zamanda bir sıra türk xalqlarının Türkiyədə fəaliyyət göstərən QHT-ləri ilə də görüşüb. Görüşlər zamanı Q.Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı bu gün Azərbaycanın,Türkiyənin və acılar içərisində olan bəzi türk toplumlarının   yanında olmalı, həqiqətlərin dünyaya daha geniş çatdırılması üçün çalışmalıdır. Q.Paşayeva Türk dünyası KİV, QHT və gəncliyini həqiqətlərin dünyaya daha geniş yayılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə də çağırıb. Bu gün bəzi güclərin, onların KİV-lərinin, erməni diaspor, lobbisi və dəstəkçilərinin Azərbaycan və Türkiyə  əleyhinə təbliğat apardığını deyən millət vəkili bütün gəncləri, QHT və KİV-ləri həssas və duyarlı olmağa, yalanlara qarşı mübarizəyə səsləyib, gəncləri isə sosial media üzərindən yalan məlumatlarla Azərbaycan və Türkiyə əleyhinə təbliğat aparmağa başlayanlara qarşı ciddi mübarizəyə səsləyib. Bəzi güclərin qardaş Türkiyədə bəzi şəxsləri ələ alaraq Azərbaycan əleyhinə təbliğat aparmaqla iki qardaş dövlət münasibətlərinə xələl gətirmək niyyətləri ilə bağlı geniş danışan millət vəkili Q.Paşayeva birlikdə bu cür niyyətlərə qarşı sərt mübarizə aparmalıyıq ki hər kəs anlasın ki iki qardaş ölkə münasibətlərinə zərər vurmaq istəyənlər layiq olduqları cavabı alacaqlar deyib. Millət vəkili Türk dünyası  QHT və  KİV-lərini informasiya müharibəsində fəal olmağa çağırıb. Millət vəkili Qarabağ həqiqətlərinin daha geniş yayılmasında,  qondarma “erməni soyqırımı”na qarşı mübarizədə də Türk dünyası QHT,  KİV və aydınlarının  üzərinə böyük vəzifələr düşdüyünü vurğulayaraq,onları  erməni yalanlarının qarşısının alınması istiqamətində daha fəal mübarizəyə çağırıb. İşğalçı Ermənistanın törətdiyi vandalizm aktları  barədə geniş danışan millət vəkili gerçəklərin dünyaya duyurulmasında Türk dünyası QHT,KİV və aydınalrının da üzərinə böyük vəzifələr düşdüyünü xüsusi vurğulayıb. Azərbaycan və Türkiyə bir millət iki dövlətdir deyən millət vəkili bu birliyin dosta da düşmana da bir məsaj olduğunu söyləyib. Q.Paşayeva Türk  dünyası QHT, KİV bə aydınalrına səslənərək topluma örnək olaraq bugünki və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq deyib. Türk və Müsəlman dünyasının məhz bu düşüncə ilə hərəkət etməsinin vacibliyini xüsusi vurğulayaraq “zaman birlik və bərabərlik zamanıdır” deyib. Millət vəkili onları maraqlandıran sualları da cavablandırıb, konkret tədbirlər və layihjəəətrafında geniş müzakirələr aparılıb. Millət vəkili Q.Paşayeva bir sıra KİV suallarını da geniş cavablandırıb və Azərbaycanla bağlı, Türk dünyası ilə bağlı geniş müsahibələr verib.

 

Advertisements

27.10.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: