Millət vəkili Q. Paşayeva Erciyes Universiteti rəhbərliyi ilə görüşdə Qarabağ mərkəzinin açılmasını təkilf edib

Millət vəkili Q. Paşayeva Erciyes Universiteti rəhbərliyi ilə görüşdə Qarabağ mərkəzinin açılmasını təkilf edib

Milli Məclisin deputatı  Qənirə Paşayeva Erciyes Universitetində “Türk dünyasının gələcəyində gənclərin rolu” adlı konfrans verdikdən sonra  unversitetin Rektor Yardımcısı Prof. Dr. Karamehmet Yıldızla və universitetinin alimləri ilə görüşüb.  Rektor müavini  bildirib ki, Erciyes Universitetində təhsil alan azərbaycanlı tələbələrin hər il daha da artması, onların yaxşı təhsil ala bilməsi ,  təhsil almaları üçün hər cür şəraitin yaradılması onların daim diqqəti mərkəzindədir. Millət vəkili, universitet rektor müavininə və alimlərə Azərbaycanla bağlı, Dağlıq Qarabağ münaqişəsi,  Xocalı Soyqırımı ilə bağlı geniş məlumatlar verib, bu istiqamətdə fikir mübadiləsi aparılıb. Q. Paşayeva universitetdə Qarabağ mərkəzinin açılması təklifi ilə çıxış etdiyini bir daha xatırladaraq bildirib ki, belə bir mərkəzin olması Türk kökənli gənclərimiz üçün də, burada təhsil alan xarici tələbələrə həqiqətlərimizin daha geniş və doğru çatdırılması üçün də çox önəmlidir. Millət vəkili mərkəz üçün lazım olan kitab, material, sənədli filmlərin rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu tərəfindən universitetə hədiyyə ediləcəyini də deyib. Universitet rektor müavini və allimlər təklifi dəstəkləyiblər və yaxın günlərdə bu məsələyə baxılacağını bildiriblər. Görüş zamanı  Azərbaycan-Türkiyə münasibətləri, bölgədə getdikcə daha da gərginləşən vəziyyət, Türk dünyasının bir sıra qanayan yaraları ətrafında söhbətlə yanaşı gənclərin təhsilə, oxumağa, öyrənməyə daha çox meyilləndirilməsinin önəmi barədə də geniş fikir mübadiləsi aparılıb. Q. Paşayeva universiteti rektor müavininə, müəllimlərə və universitetin kitabxanasına Azərbaycan mədəniyyəti, tarixinə dair materiallar, həmçinin həmmüəllifi olduğu “Karabağ hikayeleri” kitabını hədiyyə edib. Millət vəkili Q.Paşayeva həmçinin Düzcə Universitetinin rektoru Prof. Dr. Nigar Demircan Çakar ilə də görüşüb və geniş fikir mübadiləsi aparılıb. 

Advertisements

25.10.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: