Millət vəkili Q.Paşayeva Abant İzzət Baysal Universitetinin rektoru ilə görüşdə Azərbaycanla bağlı tədbirlərin artmasını təklif edib

Millət vəkili Q.Paşayeva Abant İzzət Baysal Universitetinin rektoru ilə görüşdə Azərbaycanla bağlı tədbirlərin artmasını təklif edib.

Konfrans vermək üçün Boluda səfərdə olan millət vəkili Q.Paşayeva Abant İzzət Baysal Universitetinin rektoru Prof. Dr. Mustafa Alişarlı ilə  də görüşüb.  Millət vəkili Qənirə Paşayeva Abant İzzət Baysal Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın daha da genişlənməsinin müsbət hal olduğunu bildirib. Abant İzzət Baysal Universitetində təhsil alan tələbələrin sayının getdikcə artmasının sevindirici hal olduğunu qeyd edən millət vəkili Qənirə Paşayeva onların burada özlərini öz vətənlərində hiss etmələri və keyfiyyətli təhsil almaları üçün yaradılan hər cür şəraitə görə təşəkkürünü bildirib və azərbaycanlı tələbələrin də öz növbəsində Abant İzzət Baysal Universitetində Azərbaycanı layiqincə təmsil etdiklərinə inandığını bildirib. Millət vəkili Qənirə Paşayeva rektora Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı ilə bağlı geniş məlumatlat verib və bu istiqamətdə də fikir mübadiləsi aparılıb. Millət vəkili Abant İzzət Baysal Universitetinin ildə ən azı 3-4 dəfə Azərbaycanı, Azərbaycan-Türkiyə münasibətlərinin dünəni,bu günü və gələcək prespektivlərini, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı ilə bağlı gəncləri daha geniş bilgiləndirən konfras, tədbir və görüşlərin keçirilməsini təklif edərək bunun vacibliyi və əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüb. Abant İzzət Baysal Universitetinin rektoru millət vəkili Qənirə Paşayevanın fikirləri il razılaşıb və sizin təkliflərinizi mütləq həyata keçiriləcək və söylədiyiniz mövzular ətrafında universitetdə konfrans, tədbir və görüşlərin sayını artıracağıq deyib.Görüşdə millət vəkili Qənirə Paşayeva Abant İzzət Baysal Universitetinin rektoru Prof. Dr. Mustafa Alişarlını Azərbaycana dəvət edib. Abant İzzət Baysal Universitetinin rektoru Prof. Dr. Mustafa Alişarlı dəvəti məmnuniyyətlə qəbul edib və Abant İzzət Baysal Universiteti ilə Azərbaycanın ali təhsil məktəbləri arasında əlaqələrin daha da inkişafının vacibliyini vurğulayıb.

Advertisements

25.10.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: