Qədim Manisada Azərbaycanın müstəqilliyinə həsr edilmiş tədbir “Türk   dünyasında iz buraxanlar” keçirilib

Qədim Manisada Azərbaycanın müstəqilliyinə həsr edilmiş tədbir “Türk   dünyasında iz buraxanlar” keçirilib. 

Türkiyənin Manisa şəhərində türk dünyası ədəbiyyatının iki görkəmli şairi Bəxtiyar Vahabzadə və Abdürrahim Karakoçun yaradıcılığına həsr edilmiş ədəbi-musiqili tədbir keçirildi.   Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi,TİKA, Avrasiya İqtisadi Əlaqələr Dərnəyi (EkoAvrasya), Şahzadələr Bələdiyyəsi və Kredit Yurdlar Qurumu, Türkiyə Dil və Ədəbiyyat Dərnəyi Manisa Şöbəsinin (TDED) ,Avrasiya  Beynəlxalq Araşdırmalar İnstitutunun təşkilatçılığı ilə baş tutan tədbir  “Azərbaycanın Müstəqillik Həftəsi“ çərçivəsində “Türk dünyasında  iz qoyanlar” adıyla Cəlal Bayar Universitetinin  Süleyman Dəmirəl Mədəniyyət Mərkəzində reallaşdı.TDED-in Manisa şöbəsinin rəhbəri, Manisa millət vəkili Səlcuq Özdağ  çıxış edərək bu cür ortaq mədəniyyət tədbirlərinin əhəmiyyətini vurğuladı. Adana millət vəkili Necdet Ünüvar  bir millətin  milli mübarizəsində şairlərin  rolunu yüksək qiymətləndirdi və “ Şairlər sussa, millət də susar” –deyən millət vəkili  Azərbaycan və Türkiyənin  dostluq və qardaşlıq münasibətlərinin sarsılmaz olduğunu vurğuladı.  Manisa valisi Mustafa Hakan Güvençer, Ailə və Sosial Politikalar  Bakanı Səma Ramazanoğlunun da iştirak etdiyi tədbirdə  Milli Məclisin deputatı, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin rəhbəri Qənirə Paşayeva  çıxış edərək Azərbaycanın  müstəqilliyini bərpa etməsinin 26-cı ildönümünə həsr edilmiş  “Türk dünyasında iz buraxanlar” adlı tədbirin təşkil edilməsini yüksək dəyərləndirdi.  Azərbaycanın müsəlman Şərqində ilk demokratik cümhuriyyət olaraq, müstəqilliyini bəyan edən ölkə olduğunu qeyd edən millət vəkili xalqımızın XX əsrin əvvəllərindən keçdiyi şərəfli və çətin mübarizə yolundan danışdı.  O bildirdi ki, yetmiş il sovet imperiyası  qadağalarına baxmayaraq, şairlərimiz, yazarlarımız hər zaman milli kökünə və dəyərlərinə bağlı oldu. Bir çoxları “pantürkist” damğasıyla qətlə yetirildilər. Lakin bütün bunlara baxmayaraq, hər zaman şairlər, yazarlar, aydınlar millətin milli ruhunun oyanmasında  mühüm rol oynadılar. Odur ki, Türk dünyası ədəbiyyatının iki görkəmli ismi Abdurrahim Karakoç və Bəxtiyar Vahabzadənin yaradıcılığı bu qəbildəndir.   Bəxtiyar Vahabzadənin  bütün  yaradıclığında  Azərbaycan türkcəsinə olan sevgi, tariximizə olan məhəbbət onun şeirlərində, xüsusilə də “Gülüstan” poemasında mükəmməlcəsinə öz əksini tapır. Millət vəkili Qənirə Paşayeva  qeyd etdi ki, bu cür ortaq mədəniyyət tədbirləri türk dünyası tarixində mühüm rol oynayan görkəmli şəxsiyyətlərimizi daha yaxından tanımağa, gənc nəslə tanıtmağa  şərait yaradır.

Türkiyənin tanınmış sənətçisi Əhməd Yılmazın aparıcılıq etdiyi tədbirdə  Azərbaycan Respublikasının xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovaların, gənc müğənni Ramal İsrafilov ifalarında  Bəxtiyar Vahabzadənin sözlərinə bəstələnmiş mahnılar tamaşaçılar tərəfindən sürəkli  alqışlarla  qarşılandı.  Türkiyəli sənətçilər Seher Çağatay,  Recai Nuri Kadiroğlu, Alper Kıraç, Çiydem Birdalın ifasında Abdürrahim Karakoçun şeirlərinə bəstələnmiş mahnılar da gecəyə ayrı bir rəng qatdı. Azərbaycanlı gənc ifaçı Leyla Qasımovanın  ifasında “Mihribanım” mahnısı tamaşıları lirik ovqata köklədi. Sumqayıt Poeziya evinin direktoru, şair  İbrahim İlyaslı, şairə Cığatel İsaqızı və   Avrasiya Yazarlar Birliyinin rəhbəri  İmdat Avşarın  səsləndirdiyi şeirlər də tamaşaçıların qəlbini oxşadı. Konsertin sonunda  dahi bəstəkarımız Üzeyir Hacıbəylinin əsəri olan “Çırpınırdın Qara dəniz” mahnısı  böyük coşğu ilə Türkiyə və Azərbaycan bayraqlarının dalğalandırılması ilə səsləndirildi. Qeyd edək ki, konsert TRT Avazla canlı yayımlanıb.

 

Advertisements

24.10.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: