Millət vəkili Q.Paşayeva  Erciyes Unversitetində “Türk Dünyasının gələcəyində gənclərin rolu” adlı konfrans verib

Millət vəkili Q.Paşayeva  Erciyes Unversitetində “Türk Dünyasının gələcəyində gənclərin rolu” adlı konfrans verib.

Millət vəkili Q.Paşayevanın Türkiyənin ən böyük universitetlərindən biri olan Erciyes Unversitetində verdiyi “Türk Dünyasının Gələcəyində Gənclərin Rolu” adlı konfransda gənclərlə bərabər çox sayda ziyalılar, müəllimlər də iştirak edib. Şəhidlərimizi rəhmətlə anırıq deyə sözə başlayan millət vəkili Q.Paşayeva Türk dünyasının dünəni, bu günü barədə geniş çıxış edib. Türk dünyasının güclənməsini istəməyən güclərin yaratdığı problemlər barədə geniş məlumatlar verən millət vəkili Q.Paşayeva Qarabağ, Axıska, Kərkük, Bayırbucaq, Təlafər, Türkməndağı, Kırım da daxil olmaqla yaşadığımız acıılardan danışıb və bunlar hamısı bizim ortaq acılarımızdır  deyib. “Harada doğulub harada yaşamasından asılı olmayaraq bir Türk toplumunun sevinci də, acısı da hamımızın olmalıdır”, – deyən millət vəkili Q.Paşayeva bölgədə böyük güclərin böyük oyunlarından geniş danışıb və haqlarımızı qoruya bilmənin tək yolu güclü olmaqdan, o isə birlikdən keçir deyərək gəncləri Türk dövlət və toplumlarını yaxşı oxumağa, öyrənməyə və sahib çıxmağa çağırıb. Q. Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır. Millət vəkili 20-ci əsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında, 20-ci əsrin sonunda müasir dünyanın gözləri qarşısında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan danışıb və bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. Bu yalanların qarşısının alınmasının tək bir yolu var – birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymaqdır. “Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə, Qarabağ probleminin həlli, Xocalı soyqırımı həqiqətlərinin dünyaya daha da geniş yayılmasına çalımaq harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq”, – deyə millət vəkili əlavə edib. Bu məsələdə türk gəncliyinin üzərinə böyük vəzifə düşdüyünü qeyd edən millət vəkili Qənirə Paşayeva bütün türk gəncliyini tariximizə sahib çıxmağa, sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə sosial mediada səylərin artırılmasının, işinin sürətləndirilməsinin vacibliyini qeyd edib:” Biz sadəcə olaraq ədalət istəyirik! Xocalıda, Qaradağlıda soyqırım törədən cinayətkarlar Ermənistanda önəmli vəzifədədirlər. Hələ də ədalət qarşısında törətdikləri cinayətə görə cavab verməyiblər. Dünyanın insan haqları deyərək bar-bar bağıran təşkilatları, dövlətləri 1 milyon insanın öz evində yaşama hüququnun Ermənsitan tərəfindən pozulmasına səs çıxartmırlar! ATƏT-in Minsk Qrupunun digər həmsədrləri ABŞ və Rusiya da bu istiqamətdə Ermənistana heç bir təzyiq və təsir göstərmirlər. Xocalı Soyqırımından danışmayanlar qondarma erməni soyqırımı yalanları ilə türk millətinə tarixdə olmayan bir soyqırımı zorla qəbul etdirmək üçün Ermənistan və erməni diasporuna ciddi dəstək verirlər. Yalana qarşı ən ciddi mübarizə isə doğruları, həqiqətləri anlatmaqdır və dünyanın hər yerində yaşayan türk kökənli insanlar Xocalı Soyqırımı həqiqətlərinin daha geniş yayılmasına çalışmalıdırlar. Bu Xocalı Soyqırımı da daxil olmaqla Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında məsum insanlarımızı qətlə yetirən bütün cinayətkarların, qatillərin ədalət qarşısında cavab verməsinə nail olmalıyıq və torpaqlarımızı işğaldan azad etməliyik”. Konfransın sonunda Erciyes Universitetinin rəhbərliyi millət vəkili Q.Paşayevaya gənclərin  daha geniş maariflənməsinə xidmət edən konfrans üçün təşəkkürlərini bildiriblər və onu təkrar yaxın zamanlarda universitetdə yeni bir konfrans da verməyə dəvət ediblər və bu istiqamətdə xidmətlərindən dolayı təşəkkür plaketi təqdim ediblər.  Millət vəkili Q.Paşayeva kofransdan sonra fəal gənclər və gənclər təşkilatları, Kayserinin bir sıra QHT təkilatları,  siyasətçiləri, ictimai xadimləri ilə də görüşüb, geniş fikir mübadiləsi aparılıb. Millət vəkili Q.Paşayeva Kayseridə KİV-nin suallarını da cavablandırıb və Azərbaycan, Türkiyə əleyhinə təbliğat aparmaq istəyənlərə, iki qardaş ölkə münasibətlərinə zərər vurmaq istəyənlərə qarşı mübarizəmizi daha da gecləndirməliyik deyib. 

Advertisements

24.10.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: